ANA SƏHİFƏ / MƏMLƏKƏT

XƏBƏRDARLIQ: Xəzəri çirkləndirənlər barəsində daha ciddi tədbirlər görüləcək

5302    |   2019-10-28 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəzər dənizinin çirklənməsinin qarşısının alınması və bu problemin aradan qaldırılması məqsədilə maraqlı və məsul tərəflərin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, "Azərsu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, "Azersun Holding” MMC, SOCAR-ın Ekologiya İdarəsi, Beynəlxalq Dəniz Ticarət Limanı, "Siyəzən Broyler”, "Səba” ASC, Qafqaz Konserv zavodu, Bakı Qida və Yağ fabriki, "Azər Yod” MMC, "Yalama Xəzər” Turist bazası, "Lotos”, "Malibu”, "Meşəbəyi”, "Xəzər Palace”, "SunSet”, "Ülfət” və s. idarə, müəssisə və iaşə obyektlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Xəzər dənizinin ekoloji mühitinə mənfi təsirlərin azaldılmasına birgə nail olunması ətrafında müzakirələr aparılıb.

ETSN-nin ətraf mühit üzrə mütəxəssisi Adil Zeynalov bildirib ki, görüşdə Xəzər dənizinin çirklənməsinin qarşısının alınması mövzusunda Nazirliyin əməkdaşları tərəfindən təqdimat olunub, dənizə mənfi təsirlərin minimuma endirilməsi üçün tətbiq olunan müasir texnologiyalar nümayiş etdirilib.

Xəzərin çirklənməsinin qarşısının alınması üçün qarşılıqlı əməkdaşlığın qurulmasında, sahibkarların üzləşdikləri çətinliklərin təhlilində ETSN-nin maraqlı olduğu diqqətə çatdırılıb. Xəzəri çirkləndirən obyekt, müəssisə və təşkilatların fəaliyyətlərini qanunvericilik prinsipləri əsasında qurması, texnoloji yeniliklərin tətbiqi istiqamətində maraqlı və məsul tərəflərlə sıx əməkdaşlıq edilməsi üçün təkliflər və tövsiyələr verilib, qarşılıqlı razılaşma əldə olunub.

ETSN rəsmisi Xəzərin çirkləndirilməsində rolu olan müəssisə və təşkilat rəhbərlərinə bir daha müraciət edərək bildirib ki, müasir texnologiyalar mövcud olduğu halda, bu avadanlıqları quraşdırmağa və onlardan istifadəyə önəm verilmir və bu gün də standartlara cavab verməyən köhnə texnoloji üsullardan istifadə edilir. Əgər qısa vaxt ərzində lazımi işlər görülməzsə, çirkləndirənlər barəsində sərt və daha ciddi tədbirlər görüləcək, fəaliyyətlərinin məhdudlaşdırılması üçün məhkəmələrə müraciət olunacaq.




İmza:

Buraxılış imtahanları fənləri üzrə balların hesablanması qaydası AÇIQLANDI

Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya

Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı

“Yüksəliş” in Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinarı təşkil edilib

Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur - RƏSMİ

Azərbaycanda qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlər açıqlandı - SİYAHI + VİDEO

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

Koronavirusa qarşı mübarizədə ictimai nəzarət sistemi yaradıldı - RƏSMİ

İyunun 1-dən iş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbuluna başlanılır

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib

Azərbaycanda kəskin hava dəyişikliyi ilə bağlı XƏBƏRDARLIQ

Bu il Məhərrəm ayının başlayacağı tarix açıqlandı

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK