hacklink Adalet.az | Çak-çuk - Nicat Novruzoğlu yazır Adalet.az | Çak-çuk - Nicat Novruzoğlu yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Çak-çuk - Nicat Novruzoğlu yazır

10132    |   2019-11-01 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

- İş tapdın?

- Hə, şükür tapdım.

- Maaşın nə qədərdi?

- 400 manat.

-Min bərəkət . Yəqin çak-çuku da olmamış olmaz?

- Nə? Çak-çuk nədi?

Gənc çaşıb qalmışdı. Ölkəsinin dili Azərbaycan, özünün dili Rus dili olanlardan idi. Çak-çukun nə olduğunu bilmirdi. Bəlkə də uruscasını bilərdi, amma azərbaycanca variantını anlamadı. Biz də çox üstünə getmədik. Həm də çak-çukun rus variantını bilmirdik deyə sualımızı urusca verə bilmədik. Söhbət açıq qaldı. Biz onun aylıq gəlirini bildik. Aylıq çak-çukunu isə bilə bilmədik. Özlüyümüzdə bu qərara gəldik ki, 400-lə dolanmaq olar?! Bunun 100 faiz çak-çuku olmamış olmaz. Xeyirli olsun! Mübarəkdi! İki əlin işsizlərin təpəsinə!

Çak-çuksuz iş, iş sayılmır. Cəmiyyətimiz qəbul etmir belə işi. Gərək ki, hər bir işdə çak-çuk olsun. Çünki maaşa qalsa heç nəyimiz olmaz. Məsələn, 500 manat maaşla nə qədər işləyəsən ki, özünə bu həyatda qiyməti 100 min olan bir ev ala biləsən. Və yaxud da alababat bir maşın ala biləsən. Axı bu beş yüzün özünün beş yüz dərdi var. Odur ki, iş axtaranda çalışırıq ki, çak-çuku da olsun. Çak-çukla dolanıb maaşımızı yığaq. Yığıb özümüzə gün ağlayaq.

Çak-çuk hər sahədə var. Kim desə ki, nə danışırsan, bizdə çak-çuk ola bilməz, inanmayın. Bu mümkünsüzdür. Və yaxud kim desə ki, bütün bu gördüklərini mən çak-çuksuz əldə etmişəm, yenə də inanmayın. Ağ yalandı.

Çak-çuk bizim damarımızdadır. Bəlkə də çak-çuk yeganə bir zaddır ki, həm müxalifətdə var, həm iqtidarda, həm bitərəfdə, həm də bitərəfsizdə.

Hərənin özünə görə çak-çuku var. Əgər bu çak-çuk olmasaydı yaşayışı aylıq 500 manat hesablanan bəndənin 300 manatlıq işlə dolanması, yaşaması necə olardı? Sösüz ki, olmazdı. Amma fakt odur ki, dolanırıq. Deməli çak-çukumuz var.

Kim deyirsə ki, maaş bərəkətdi, boş söhbətdi, maaşa bərəkət verən çak-çukdur. Çak-çuksuz maaşda bərəkət olar?

Bir tərəfdən baxanda çak-çuku maaşın islahatı da adlandırmaq olar.

İşlər var ki, çak-çuku maaşdan azdı. Noolsun ki, yenə də çak-çuk çak-çukdu. İş də var ki, maaş çak-çukun yanında heç maaş deyil. Heç onu kartdan çıxartmırlar da. Yığılır-yığılır şak-şuk miqdarına çatanda, çak-çuka bərabərləşən də kartdan çıxardırlar.

Şair, yazıçı, jurnalist, həkim, müəllim, bənna, müğənni bir az da cəsarətli yazsam nazir, sədr, rəis, məmur hər biri çak çukdan dolanır. Çörəkləri çak-çukdan çıxır.

Çörəyin özündə də çak-çuk var. Qramında.

Həkimin yazdığı dərmanların firmasında.

Müəllimin şağirdlərində.

Yol çəkənin asfaltda.

Qaz verənin qazda.

Benzin satanın benzində.

Şairin şerdə.

Bələdiyyənin torpaqda.

Mollanın Quranda.

Mürdəşirin meyitdə.

Çak-çukla doğulub, çak-çukla yaşayıb, çak-çukla da yola salınırıq.

Nə bilək, bəlkə də o biri dünyada da çak-çuk var. Məsələn, qapılardan buraxdıqca çak-çuk olur. Və ya qır qazanının qırında çak-çuk olur. Hingir-mingir çak-çuksuz necə dolana bilər? Hingir mingirlikdə də çak-çuk olmamış olmaz.

Bütün bunları yol boyu yırğalana-yırğalana fikirləşirdim. Məni bu fikirlərdən yoluma hakim kəsilmiş bir səs də ayıra bilmirdi. O səs də çak-çuk səsi idi. Məni daşıyan vaqonun çak-çuku. Həyatımızın çak-çukunda itib-batan qatar çak-çuku.





İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK