ANA SƏHİFƏ / SİYASƏT

Pozneri susduran Qarabağlı Arzu Məmmədova danışdı və Azərbaycandan dəstək istədi - VİDEO

13337    |   2019-10-28 12:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist Vladimir Pozneri susduran Azərbaycanlı gənc tələbə Arzu Məmmədova bu hadisə haqqında danışıb.

O, özünün Facebook platformasındakı səhifəsində Azərbaycan xalqına xitabən 45 saniyəlik çıxış edib. Arzu öncə ona göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib. O deyib ki, Poznerin qarşısında çıxış edərkən, cəsarəti Azərbaycan xalqından alıb.

Arzu Məmmədova sonda qısa çıxışının məqsədini açıqlayıb:"Qonşularımız (ermənilər) oyanmağa başlayıblar. Ona görə də sizdən dəstək istəyirəm", deyə, Arzu bütün soydaşlarımıza müraciət edib.

Qeyd edək ki, Pozneri təftiş edən məlum çıxışında Arzu özünün də Dağlıq Qarabağdan olduğunu söyləyib. Bundan sonra onun qohumları sosial mediada yazıblar ki, A.Məmmədova kökəncə Ağdamlıdır, lakin Ağdam heç yaddaşında da qalmaylb, körpə ikən qaçqın düşüb. Lakin mümkün olan bütün platformalarda, o cümlədən də təhsili ilə bağlı yaşadığı Kaliforniyada hər fürsərdə Qarabağla bağlı həqiqətləri paylaşır. Poznerin auditoriyasında da bu fürsəti qaçırtmayıb. O, öz çıxışında deyib ki, Dağlıq Qarabağda azərbaycanlılar və ermənilər illərlə birgə yaşayıblar.

Arzu Bakının mərkəzində hələ də erməni kilsəsinin olduğunu diqqətə çatdıraraq Poznerə bu sualı ünvanlayıb:"Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?".

Vladimir Pozner A. Məmmədovanın sualları qarşısında aciz qalaraq "Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq tanıdığı ərazidir", replikasını verib. A. Məmmədova onun sözünü kəsərək, Dağlıq Qarabağın rəsmi şəkildə Azərbaycan Respublikasının tərkibində olan ərazi olduğunu vurğulayıb.





İmza:

Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb

Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI

Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Tahir Rzayev: “Prezident keçmişimizlə bağlı hadisələrə həssas yanaşmağı tövsiyyə edir”

İqbal Ağazadə Prezidentə müraciət etdi

Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı

Siyavuş Novruzov: Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar

İsgəndər Həmidov: ““Ağdərə-Kəlbəcər yolu açılanda Surət qoşunları geri çəkdi, guya tankları Gəncəyə təmirə aparırdı”

Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI

“Məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın təhlükəsizliyinin təminatına yönə

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK