hacklink Adalet.az | Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib Adalet.az | Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

Azercell Telekom “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Eurasia İnnovation Day” və “Innovation Awards Gala” tədbirlərində iştirak edib

4403    |   2019-10-25 14:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rəqəmsal aləmin ən son yeniliklərini abunəçiləri üçün əlçatan etməyi hədəfləyən ölkənin lider mobil operatoru Azercell Telekom-un uğurlu fəaliyyəti diqqət mərkəzindədir. Oktyabr ayının 23-ü Heydər Əliyev Mərkəzində "InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Huawei” şirkətinin birgə təşkilatçılığı ilə "Eurasia Innovation Day” və "Innovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı "İlin innovasiya ekosistemi təmsilçisi”, "İlin innovasiya tədbiri”, "İlin innovasiya layihəsi”, "İlin influenseri” və "İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin səsverməsinə əsasən Azercell-in yeni brend kimliyinin təqdimatı "İlin innovasiya tədbiri” nominasiyası üzrə qalib seçilərək, "Azərbaycan İnnovasiya Mükafatı”na layiq görülüb. Xatırladaq ki, Azercell-in yeni brend kimliyinin təqdimatı cari ilin iyun ayının 21-i Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturlarının rəsmilərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Mərkəzin parkında təşkil edilən sərbəst girişli konsert zamanı isə ölkədə ilk dəfə olaraq, 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm şou sərgiləyib.

Məlumat üçün bildirək ki, dialoq platforması rolunu oynayan "Eurasia İnnovation Day” tədbirinə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri qatılıb. Tədbir çərçivəsində texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərin müzakirə olunduğu 3 panel təşkil edilib."Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Paneldə "Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genovda çıxış edib. Krasimir GenovAzercell şirkətinin cari ilin iyun ayından etibarən fəaliyyətinin yeni dövrünə qədəm qoyduğunu və abunəçilərinin qarşısına ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operator olaraq çıxdığını bildirib. O, həmçinin rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən Azercell-in zənginləşən rəqəmsal məhsullar portfeli haqqında da geniş məlumat təqdim edib.

İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib.Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.

Qeyd edək ki, 18-24 oktyabr tarixlərini əhatə edən "InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azercell və "Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:

“Mastercard”la bir toxunuşla ödəniş edin!

"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir

“Azercell” Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır

“Mastercard”ın rəsmi tərəfdaşı olduğu IV Bankçılıq Forumu keçirildi

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

Azercell-in “Mobil Göz Klinikası”nın yeni səfərləri

“Bakcell”dən tamamilə yeni İnternet paketləri

KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib

Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK