hacklink Adalet.az | “Rəşad bir səhvlə silinəsi futbolçu deyil” - Qurban Qurbanov Adalet.az | “Rəşad bir səhvlə silinəsi futbolçu deyil” - Qurban Qurbanov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

“Rəşad bir səhvlə silinəsi futbolçu deyil” - Qurban Qurbanov

12956    |   2019-10-25 09:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə oyundan (2:2) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.

- Hamı üçün çox maraqlı oyun oldu. Həm yaxşı mübarizə var idi, həm qollar oldu. Azarkeş bunun üçün stadiona gəlir və hər birini göstərə bildik. Sadəcə, qələbə çatışmadı. Futbolçularımdan razı qaldım. Bu oyun bütün komandaya çox şey verdi. Baxmayaraq ki, hesabda geri düşdük, sona kimi soyuqqanlı çıxış etdik. Futbolçular soyuqqanlı olmağı bacardılar. Onları təbrik edirəm. Möhtəşəm azarkeşlərimiz var idi. Bu gün tam birlik gördüm.

- Futbolçularınız şansları sağa-sola xərcləyirdi və görünürdü ki, vuran ayaq yoxdur. Hücumçuların qol vura bilməməsi sizi qayğılandırmır?

- Epizodları sağa-sola xərcləmirdik. Sadəcə, rəqibin müdafiədəki oyununu nəzərə almaq lazımdır. 1-2 epizodu çıxmaqla qalan imkanlar mübarizə şəraitində olur. O halda dəqiq zərbə vurmaq asan deyil. Elə matçlar olur ki, çoxlu qol imkanına baxmayaraq, hansısa komanda uduzur. Yaxşı kombinasiyalar qurduq, qol epizodları yaratdıq. Mən ümidliyəm. Hücumçularımız da qol vurmağı bacarır. Bizim yalnız öndə bir futbolçumuz yox, sağ-sol oyunçularımız da var. Hər oyunda hansısa futbolçu fərqlənə bilər. Daha sərrast olmaları üçün futbolçuların üzərində işləyirik. Düşünürəm ki, gələcəkdə bu baxımdan inkişaf edə biləcəklər.

- Hesabdan razı qaldınız?

- Oyunun gedişatını götürsək və hesabda geri düşdüyümüzü nəzərə alsaq, razı qaldım. Bu rəqiblə son matçda çoxlu qol imkanına baxmayaraq, uduzmuşduq. Bu gün də oyuna nəzarət edirdik, ancaq hesabda geri düşdük və geridönüş etmək çətin idi. Başqa komandaya qarşı, bəlkə də, asan olardı, ancaq bu rəqibə qarşı psixoloji çətinlik də var idi. Fasilədə danışdıq ki, hamı soyuqqanlı olmalıdır. Sona kimi hazırlaşdığımız oyunu göstərə bildik. Bu baxımdan razı qaldım.

- İkinci əvəzetməyə əl atmadınız. Araz Abdullayevi meydana buraxmaq nə dərəcədə effektiv ola bilərdi?

- Oyunun gedişində düşünürdüm ki, dəyişiklik etmək olar. Ancaq elə oldu ki, buna ehtiyac duymadım. Bəzən belə matçlarda stress daha çox olur. Əsas da ilk "11-lik”də olmayan futbolçularda. Açığı, bu baxımdan ehtiyat etdim ki, oyunumuz pozula bilər. Oyuna bu heyətlə hazırlaşmışdıq.

- Səfər oyununda rəqibin daha açıq futbol sərgiləyəcəyini nəzərə alsaq, sizə daha asan olmayacaq?

- Burda nə qədər soyuqqanlı idiksə, səfərdə daha da soyuqqanlı olmalıyıq. Rəqib çox kobud oynayırdı. Səfərdə daha aqressiv olmalıyıq və oyun intizamını saxlamalıyıq. Bu rəqibin çox açılacağını düşünmürəm. Onların oyun üslubu belədir. Bakıdakı əvvəlki matçda fərqli çıxış etmişdilər, bu dəfə 5 müdafiəçi ilə oynadılar. Düşünmürəm ki, çox boşluq versinlər. Hər bir imkandan istifadə etməyə çalışacağıq.

- Hansı komandanı qrupdan çıxmaq baxımından daha şanslı sayırsınız?

- Hər üç komandanın şansı var. Əvvəl dediyim fikirlərimdə qalıram. Görünən odur ki, hər şey son oyunda bəlli olacaq. Bu gün öndəyiksə, çalışacağıq ki, bunu qoruyub saxlayaq. Hansısa komandanın daha şanslı olduğunu deyə bilmərəm.

- Xayme Romeronun durumu necədir?

- Ümumən pis deyil. Düşünürəm ki, səfər oyununa tam hazır olacaq.

- Rəqibin baş məşqçisi demişdi ki, matçdan sonra gülən tərəf olacaq. Səfərdə bizim gülməyimiz üçün nə lazımdır?

- Həmişə oyunumuzu daha da yaxşılaşdırmaq istəmişəm. Ev oyunu ilə səfər matçı fərqli olur. Evdə çıxış edən komandanın hücum etmək şansı daha çoxdur. Bugünkü matçı da analiz edib, bir neçə əlavə variant fikirləşəcəyik.

- Mahir Emrelini fasilədən sonra meydana buraxdınız. Tam hazır deyil?

- Zədəsini tam sağaldıb. Ancaq fiziki formasından bir qədər uzaqdır. Zədədən sonra ilk oyunu idi. Start heyətində buraxmaq risk olardı. Zədəsi elədir ki, yenilənə bilərdi. Bu gün onun ayağına əmin idik. Sadəcə, performansına görə 30 dəqiqə oynamasını planlaşdırırdıq. Oyun rəqib meydanında gedirdi deyə 45 dəqiqə şans verdik. Mahiri meydana buraxdıq ki, hücumda daha sürətli olaq.

- Sosial şəbəkələrdə azarkeşlər Rəşad Sadıqovun artıq karyerasını bitirmə vaxtının çatdığını yazırlar...

- Futbol elə oyundur ki, səhvsiz futbolçu olmur.Biz öz oyunçularımızı dəyərləndirməliyik. Rəşad Sadıqov bu komandaya lazımdır. Bir epizoda görə futbolçunu silmək olmaz. Oyunu analiz etsək, tam fərqli çıxış etdik. Birinci qolda top Maksimin kürəyinə dəymişdi. Yaxşı ki Rəşada dəyməyib, yoxsa bununla bağlı da başqa fikirlər olardı. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Biz futbolçularlaünsiyyətdə oluruq, onlara güvəndiyimizi deyirik. Həmişə onlara tövsiyə etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya çağıra bilərlər, deyə bilərlər ki, karyerasını bitirsin. Milli komandada belə şeylər olurdu. Bunu normal qarşılayırıq. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, ancaq hamısı bizimlədir.

- Statistikada böyük üstünlüyünüz var. Hansı vacibdir: nəticə, yoxsa statistika?

- Həmişə futbolçulardan topa sahib olmağı tələb edirəm. Qapıya zərbələr də çox oldu. Hər bir halda maksimum topa sahib olmalıyıq. İstər evdə, istərsə də səfərdə. Bəzən rəqib bizdən daha üstün olur. Öz oyunumuzdan geri çəkilməli deyilik. Cavab matçında da çalışacağıq ki, topa sahib olaq və qol epizodlarında daha sərrast davranaq.




İmza:
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK