ANA SƏHİFƏ / MƏMLƏKƏT

BU GÜN və SABAH üçün Bakıda 2 marşrut xəttinin istiqaməti dəyişdirilib

6395    |   2019-10-25 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumata görə, oktyabrın bu gün və sabah paytaxtda "Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilib.

5 nömrəli marşrut:

20-ci sahə istiqamətində A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti – Ə.Ağaoğlu küçəsi – Təbriz küçəsi daha sonra öz xətti üzrə.

"N.Nərimanov” metro stansiyası istiqamətində Təbriz küçəsi – Ə.Ağaoğlu küçəsi - Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi

11 nömrəli marşrut:

S.Rəhimov küçəsi ("28 May” metro stansiya) istiqamətində Ə.Rəcəbli küçəsi – Təbriz küçəsi - A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti daha sonra öz xətti üzrə.

Əbilov küçəsi istiqamətində Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi – Ə.Rəcəbli küçəsi daha sonra öz xətti üzrə.

Eyni zamanda tədbirlə əlaqədar digər küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulması zamanı müəyyən marşrutların hərəkət istiqamətləri operativ olaraq dəyişdiriləcək. Sərnişin avtobusların hərəkəti də digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.




İmza:

Bakıda “Şəhidlər ölməz, vətən bölünməz” yürüşü - VİDEO

Sumqayıtda şəhid generala görə böyük izdiham - VİDEO

Tovuz yenidən intensiv atəşə tutulur - RƏSMİ

Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli

Daha 350-dən çox azərbaycanlı Rusiyadan təxliyyə olundu

İyulun 10-da keçirilmiş imtahanların nəticələri elan olundu

Metro stansiyalarının vestibüllərindəki ödəmə terminalları açılacaq - RƏSMİ

Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və döyüş heyəti məhv edilib

Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Tovuz sakinləri: “Biz sona qədər torpağımızda qalacağıq”

SON XƏBƏRLƏR
2020-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK