hacklink Adalet.az | Vilayət Quliyev: Şuşa ilə axırıncı olmayan görüş Adalet.az | Vilayət Quliyev: Şuşa ilə axırıncı olmayan görüş Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Vilayət Quliyev: Şuşa ilə axırıncı olmayan görüş

5051    |   2019-10-24 12:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şuşaya və Ağdama son ziyarətimdən 30 il keçir.

1989-cu il oktyabrın son günləri idi. Elmi işlər üzrə direktor müavini olduğum Ədəbiyyat İnstitutunun rəhbəri Yaşar Qarayevlə birlikdə indi Ağdamın düşmən işğalı altında qalan Novruzlu kəndində açmağa hazırlaşdığımız Qarabağ Folklor Evində işlərin vəziyyəti ilə maraqlanmağa getmişdik.

Oradan Şuşaya qalxmağı qərara aldıq. Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərov gələcəyimizi bilirdi. Ona görə də təhlükəsizlik tədbirləri görülmüşdü - rus əsgərlərindən ibarət mühafizəçilər ayrılmışdı. Onların müşayiəti ilə yolüstü kəndlərdə bizə kinli-kinli baxan ermənilərin yanından keçib Şuşaya gəldik.

Hələ 1992-ci ilin dəhşətli may günlərinə çox qalsa da, Şuşa mənə taleyin ümidinə buraxılmış bir şəhər təsiri bağışladı. Tapıb danışa bildiyimiz bir neçə yerli ziyalı "yiyəsizlikdən" şikayətləndi. Vaqif Cəfərovla görüşdük. Kabinetində hələ də Qorbaçovun şəkli asılmışdı. Həyəcanımızı görüb bizə ürək-dirək verdi. Amma hiss etdim ki, sözlərində pəhləvan gövdəsinə yaraşmayan bir inamsızlıq var. Əslində onun özünü də tək qoymuşdular.

Elə bil ürəyimə dammışdı - Şuşa ilə vidalaşırdım. O zaman İnstitutumuzun dissertantı olan adını unutduğum bir şuşalı gəncin bələdçiliyi ilə iki saatın içərisində şəhərin bütün tarixi yerlərini gəzib dolaşdıq. Hətta Xan qızı Natəvanın bağçasında çay içməyə də macal tapdıq.

Qaranlıq düşməmiş yenə də rus əsgərlərinin müşayiəti ilə Ağdama qayıtdıq. Səfərə Yaşar müəllimin dissertantı Zabil Əhmədovun maşını ilə çıxdığımızdan dəvətini qəbul edib gecəni onlarda keçirdik. Zabilin atası, sonralar MM-də deputat həmkarım olan Yaqub Əhmədov xalq arasında deyildiyi kimi, Ağdamın ispolkomu idi. Ya da əvvəllər bu vəzifədə işləmişdi. Sən demə böyük biblioman imiş. Zəngin kitabxanasında nələr yox idi! Bu kitabxanaya hətta moskvalı bir professor da həsəd apara bilərdi. Diqqətimi xüsusən nadir nəşrlər cəlb etdi. Daniil Qraninin o zaman çox böyük səs salmış "Zubr", Vasili Qrossmanın "Жизнь и судьба" kitablarını, "Moskva", "Novıy mir", "Yunost" jurnallarının maraqlı əsərlər çap olunmuş komplektlərini ilk dəfə bu sadə rayon ziyalısının kitabxanasında gördüm.
Yaqub müəllim kitablardan gözümü çəkmədiyimi görəndə səmimiyyətlə "Qardaş, ürəyin istəyəni götür apar, oxuyandan sonra Zabillə geri göndərərsən"- dedi. Gözəl axşam yeməyindən sonra gecə yarısına qədər onun kitabxansında oturub tarixdən, mədəniyyətdən, Qarabağın taleyindən, Ağdamın düşmən qarşısında alınmaz bir qala olmasından danışdıq...

1993-cü ilin iyulunda o zaman çalışdığım Ərzurumda Ağdamın işğal xəbərini eşidəndə ilk yadıma düşən Yaqub müəllimin on illər boyu xüsusi zövqlə toplanmış zəngin kitabxanası oldu...
Bir də o yerləri görə biləcəyəmmi? Bilmirəm. Ömrüm çoxu arxada qalıb. Amma bir millət olaraq mütləq və mütləq, nəyin bahasına olursa olsun,on minlərlə qurban versək də, o torpaqlara qayıtmalıyıq.Vətənin hər qarışına sahiblik hüququmuzu bərpa etməliyik!

P.S. Qoy gənclər bunu edə bilmədiyimizə görə bizi çox qınamasınlar. Dünya tarixində on illər, hətta yüz illər sürən işğallar olub. Əsas məsələ yaddaş hissini itirməmək və intiqam anına hazır olmaqdır!


İmza:

Kəramət Böyükçöl: "Mən Qarabağa görə vuruşmaram!" - MÜSAHİBƏ

Səfir Ukraynada nəsimişünas şairi ziyarət edib

QMİ sədri : Erməni dini liderləri razılaşmalara əməl etmir

Prezident iki quruma pul ayırdı

Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib

Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib

DGK və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Prezident İlham Əliyev Ağcabədi rayon icra başçısını vəzifəsindən azad edib

Fərid Abdullah: Qadınlar, beşmərtəbəli evin altıncı mərtəbəsinə qalxmayın

"Gördüm ki, bir dəstə yekəqarın kişi Xiyabanda şəkillər çəkdirib yazıblar ki..." - Qalmaqal

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK