ANA SƏHİFƏ / İDMAN

"Qarabağ"-"APOEL" qarşılaşması ilə bağlı metro gücləndirilmiş rejimdə çalışacaq

30903    |   2019-10-24 11:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UEFA Avropa Liqası turniri çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" -"APOEL" qarşılaşması ilə bağlı "Bakı Metropoliteni" gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, oyun ərəfəsində stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: "Oyun Bakı vaxtı ilə 20:55-də Tofiq Bəhrəmov adın Respublika Stadionunda başlanacaq. Bununla əlaqədar əsasən stadiona yaxın olan metronun "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Sərnişinlərin vaxtında və təhlükəsiz daşınması üçün artıq bütün lazımi tədbirlər görülüb. Hər ehtimala qarşı ehtiyat qatarlar da hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, stansiyalarda sıxlığın aradan qaldırılması üçün qatarlar arasındakı hərəkət intervalı azaldılacaq və ehtiyat qatarlar xəttə buraxılacaq. Gücləndirilmiş rejim oyundan sonra sərnişinlərin tam təhlükəsiz mənzil başına çatdırılmasına qədər davam edəcək".

B.Məmmədov bildirib ki, metro stansiyalarının gecə 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq: "Oyun saat 23 radələrində başa çatacaq. Saat 00:00-a qədər də sərnişinlərin daşınması başa çatacaq. Ona görə də stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur".

Xatırladaq ki, bu gün saat 20:55-də Bakıda Tofiq Bəhrəmov adına Respublika Stadionunda UEFA Avropa Liqası turnirində "Qarabağ" -"APOEL" qarşılaşması olacaq.




İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK