ANA SƏHİFƏ / İQTİSADİYYAT

Azərbaycan "Doing Business 2020" reytinqində 34-cü yeri tutub - YENİLƏNİB

22457    |   2019-10-24 10:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan "Doing Business 2020" reytinqində 190 ölkə arasında 34-cü yeri tutub.

Trend-in məlumatına görə, bu, Dünya Bankının (DB) bu gün yaydığı hesabatda qeyd edilib.

Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatlar yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər öz müsbət təsirlərini göstərir. Belə ki, milli məzənnənin sabit qalması sayəsində son zamanlarda bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına 2019-cu ilin ilk yarımilliyində sektorun göstəriciləri yaxşılaşıb.

Hesabatda xüsusi olaraq, problemli kreditlərin azalmasının səbəbi kimi ölkə başçısı İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın mühüm rol oynadığı vurğulanıb. Həmçinin, 2014-2015-ci illərdə baş vermiş maliyyə çətinliklərindən sonra sektor üzrə kreditləşmə sahəsində aktivliyin yüksəlməsi, kreditlərin verilməsi əmsalının artdığı qeyd olunub.

Eyni zamanda vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.

Hesabata əsasən, Azərbaycanda borcların və öhdəliklərin ümumi təsvirinə, maraqların məhkəmədənkənar müdafiəsinə imkan verilir. Azərbaycan maraqlı tərəflərlə ədalətsiz əməliyyatlara görə direktorların üzərinə məsuliyyət qoymaqla minoritar investorların müdafiəsini gücləndirib. Digər tərəfdən, Azərbaycan fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması sistemini dəyişdirərək vergilərin ödənilməsini çətinləşdirib.

Həmçinin, Azərbaycan iddiaçılara ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiq etməklə və könüllü vasitəçilik haqqında qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.




İmza:

Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil - Samir Şərifov

İyunun 2-də dolların manata qarşı məzənnəsi

BP Azərbaycanda sosial layihələrə 86 milyon dollar xərcləyib

Elman Rüstəmov: Bağlanan banklarda qorunan əmanətlər 680 milyon manatdır

Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli açıqlandı

İyunun 1-də dolların manata qarşı məzənnəsi

Mayın 31-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycanda 4 ayda 170 min tondan çox ət istehsal edilib

Varlanmaq üçün iqtisadiyyatın ən perspektivli sahələrinin reytinqi açıqlanıb

Bağlanan bankların əmanətçilərinin NƏZƏRİNƏ - Təzminatların alınması üçün şərtlər açıqlandı

İpoteka kreditləşməsi üzrə müqavilə münasibətlərinin rəsmiləşdirilməsinin notarius tərəfindən sadələşdirilməsi imkanları

“AzerGold” QSC Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK