ANA SƏHİFƏ / GÜNDƏM

Müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib

6079    |   2019-10-23 16:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Adalet.az-ın məlumatına görə, tədbirdə iştirak edən millət vəkilləri və media kapitanları DOST mərkəzi ilə tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi "DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə iştirak edən millət vəkilləri və media kapitanları əvvəlcə DOST mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Müsabiqə qaliblərinin mükafatlandırılması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini qeyd edib. O bildirib ki, bu il 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paket icra olunub. Həmçinin həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramları getdikcə genişlənir. Eyni zamanda, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin optimal və şəffaf, çevik iş mexanizmləri üzərində qurulması, vətəndaş məmnuniyyətinə nail olunması üçün mühüm islahatlar aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olab DOST layihəsinin gerçəkləşməsi bu sahədə mühüm uğurlar əldə etməyə imkan yaradıb. "DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin təşkilində məqsəd dövlət sosial xidmətlərinin "bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi ilə göstərilməsinə imkan verən DOST layihəsinin üstünlükləri barədə geniş ictimai məlumatlandırmada peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır.

Nazir deyib ki, cənab Prezident sosial-iqtisadi müşavirədə gələn il də ciddi sosial proqramlar icra ediləcəyini, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacağını bəyan edib. Dövlət başçısı, eyni zamanda, şəffaflığın, dövlət nəzarətinin və ictimai nəzarətin təminatını əsas vəzifələrdən biri kimi müəyyən edib, "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq”, deyə vurğulayıb.

S.Babayev müvafiq fəaliyyət sahələrində ictimai iştirakçılığın və ictimai nəzarətin, nazirlik üzrə məlumatların ictimai açıqlığının təmin edilməsi üçün görülmüş işləri qeyd edib. Bildirib ki, "E-sosial” internet portalı vətəndaşlara özləri barədə sosial xarakterli məlumatlara çıxış imkanı ilə bərabər, öz sosial hüquqlarının təminatına ictimai nəzarət imkanı verib. Burada özünüməşğulluq proqramı iştirakçıları, onlara aktivlərin verilməsi prosesi, aktivlərin keyfiyyəti və s. məlumatlar açıqlanır, nazirliyin rəsmi saytında "İşsizin DOSTu” proqramı iştirakçılarının siyahısı təqdim olunur.

Nazir ictimaiyyətlə əlaqələrin effektiv təşkilində, ictimai məlumatlandırmada media ilə fəal əməkdaşlığa xüsusi önəm verildiyini deyib.

Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 24 iyul 2019-ci il tarixdə elan edilən və 27 sentyabr 2019-cu il tarixdə başa çatan müsabiqəyə 17 KİV-dən 29 yazı təqdim edilib. Yazılar 3 nəfər ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibi (1 nəfər) üçün 1000 manat, II yerin qaliblərinin (2 nəfər) hər biri üçün 800 manat, III yerin qaliblərinin (3 nəfər) hər biri üçün 500 manat, eləcə də həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarının (5 nəfər) hər biri üçün 200 manat pul mükafatı və diplomlar nəzərdə tutulub.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək, dövlət qurumlarının fəaliyyətində mətbuatla sıx əməkdaşlığın, o cümlədən belə müsabiqələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar, həmçinin həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarına mükafat və diplomlar verilib.



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Ha özümə söz verirəm ki, susacam, alınmır - Azər Qərib yazır

Nə etdiyimizin, etdiyinizin fərqindəsiniz? - Səxavət Məmməd yazır

Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz

Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır

190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı

Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi

Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı

Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb

Yasamal bələdiyyəsinin vəzifəli şəxsi həbs edildi

Nəqliyyat-ekspedisiya fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanıb

Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin yarısı artıq qaytarılıb

SON XƏBƏRLƏR
2020-07-09
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK