ANA SƏHİFƏ / SİYASƏT

Nazir: “Macarıstanla 40-dan çox sənəd imzalanıb”

11209    |   2019-10-23 12:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Macarıstanın Azərbaycandakı səfirliyi ölkəsinin Milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib. Azərbaycan və Macarıstanın dövlət himnləri səsləndirilib. Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi ölkəsinin müstəqillik tarixindən, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafından bəhs edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev dost Macar xalqını İnqilab və Azadlıq döyüşünün63-ci ildönümümünasibətilə Azərbaycan Respublikasının Hökuməti adından təbrik edib.

Nazir bildirib ki, bu gün Azərbaycan-Macarıstan əlaqələri yüksək səviyyədə inkişaf edir. Siyasi və iqtisadi əlaqələrin strateji xarakter daşıması şübhəsiz, iki ölkənin dövlət başçıları tərəfindən əməkdaşlığa verilən böyük önəmdən irəli gəlir. 2014-cü ilin noyabr ayında Budapeşt şəhərində Azərbaycan və Macarıstanın rəhbərləri tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bir çox istiqamətlərdə, o cümlədən siyasi sahədə əməkdaşlığın dərinləşməsində mühüm addımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların Bəyannamədə yer alması məhz iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və strateji tərəfdaşlığının göstəricisi hesab oluna bilər.

S.Babayev ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin mövcud əlaqələrin hüquqi bazasının formalaşdırılmasını təmin etdiyini, ümumilikdə 40-dan çox sənədin imzalandığını qeyd edib. O, Macarıstanın Baş naziri Viktor Orbanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə iştirakını xüsusi qeyd edib. Eyni zamanda, Macarıstanın Xarici İşlər və Ticarət naziri, Hökumətlərarası Birgə Komissiyanın həmsədri Peter Siyyartonun son yeddi ildə Azərbaycana 8 dəfə səfər etməsini, ölkələrimiz arasındakı əməkdaşlığa göstərdiyi dəstəyi vurğulayıb.İki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edən nazir bu günə qədər Komissiyanın 6 iclasının keçirildiyini və 7-ci iclasın gələn il Budapeşt şəhərində keçirilməsinə dair razılıq əldə edildiyini bildirib.

S.Babayev ticarət əlaqələrinin inkişaf etdirilməsinin iqtisadi əməkdaşlığımızın mühüm tərkib hissəsi olduğunu deyib. Qeyd edib ki, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 24,39 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 23,85 mln. ABŞ dolları, ixracın həcmi 0,54 mln. ABŞ dolları təşkil edib. Ümumilikdə, 1995-2019-cu illər ərzində Macarıstandan Azərbaycana 23,2 mln. dollar, Azərbaycandan Macarıstana isə 12 mln.dollar həcmində investisiya qoyulub. 2017-ci ildə "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ölkəmizin ixrac missiyasının Macarıstana səfəri, həmçinin Macarıstan da daxil olmaqla Mərkəzi Avropa üzrə Azərbaycanın ticarət nümayəndəsinin təyin edilməsi bu istiqamətdə görülən mühüm işlərdir. Qeyd edilən tədbirlər ticarət əlaqələrinin inkişafına müsbət töhfəsini verəcəkdir.

Ticarət, nəqliyyat, kənd təsərrüfatı, xidmət sahələri üzrə 11 Macarıstan şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini bildirən S.Babayev investisiya sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. 2016-cı ilin mart ayından ölkələrimiz arasında birbaşa hava əlaqəsinin bərpa edilməsinin biznes və turizm sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.

Nazir birgə səylər nəticəsində Azərbaycan-Macarıstan əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini diqqətə çatdırıb, əlamətdar gün münasibətilə bir daha təbrikini ifadə edərək, dost Macar xalqına firavanlıq arzulayıb.




İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır”

Rusiya ilə Ermənistan arasında yeni qalmaqal: Moskva Yerevandan izahat tələb etdi

BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

“Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb

"Biz onlara Konstitusiya verdik, onlar bizə qandal"

Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Nazir: “Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edib”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK