ANA SƏHİFƏ / SİYASƏT

Xarici mətbuat Ərdoğanla Putinin Soçi görüşündən nə yazdı?

14486    |   2019-10-23 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ərdoğanla Putin Soçidə Suriyanın daxilində gedən 8 illik müharibədə bir dönüş nöqtəsi olaraq şərh ediləcək bir anlaşmaya imza atıblar. Xarici mətbuatın Soçi Zirvə toplantısına marağı çox idi. Adalet.az bu görüşlə bağlı xarici mətbuatlarda gedən yazıları təqdim edir.







CNN: Putin və Ərdoğan Suriya mövzusunda razılaşmaya imza atdı, ən çox uduzan ABŞ-dır


"Amerikalıların Suriyanın gələcəyini həll etməkdə bir yeri yoxdur. Putin və Ərdoğanın regionda geopolitik olaraq siyası ağırlığı olan iki lider kimi ortaya çıxdı" deyə şərh edən CNN Moskva və Ankaranın Suriyada fərqli mövqeləri mənimsəmələrinə rəğmən, millətlərarası sərhədlərin yenidən çəkilməsini lazım bilməyənə bir nəticəni dəstəklədiklərinə diqqət çəkib. Bu, iki ölkənin də üz-üzə qaldığı separatçıların cəsarətini qırdı.



Amerikan Nyu-York Times: Ərdoğan istədiyini aldı


"SOÇİ anlaşması Rusiyanın bölgədəki nüfuzunun artıracaq"  deyə NYT qəzeti Soçi anlaşmasını şərh edib. "Rəcəb Tayyip Ərdoğanın istədiyini alıb. Bunu isə bölgəyə nəzarəti Putin və əvvəlindən qarşı olduğu Suriyanın prezidenti Bəşər Əsədlə bölüşmək bahasına əldə edib".

Rusiya lideri Putinin Suriyadakı hakim güc və daha geniş mənada Orta Şərqdə önəmli bir güc simsarı olaraq ortaya çıxdığını yazan NYT qəzeti "get-gedə daha açıq bir şəkildə görünür ki, son 4 il müddətində hava hücumları ilə Bəşər Əsədin hökümətini xilas edən Rusiya ordakı güc tarazlığının da müəyyənləşdirən tərəf olacaq” deyə əlavə edib.



İngilis Financial Times qəzeti : Putin Ərdoğanı yönləndirir


FT qəzetinə görə də Rusiya Suriyada önəmli bir gücə çevrilib və Putin Türkiyənin Suriyadakı hərbi əməliyyatları yönləndirməyə çalışır.

FT qəzetində yayımlanan Filadelfiya Xarici Siyasət araşdırma institutu Orta Şərq proqramı direktoru Aaron Steinin fikirlərinə görə bu anlaşma Suriyada türk savaşının məntiqli bir nəticəsi mənasına gəlir, amma bədəli Əsəd rejiminin həqiqi tanınmasıdır və Ərdoğanın da seçimi Əsəddir.



Amerikan Vaşinqton Post qəzeti: Putinin rolunu möhkəmlətdi


Amerikan Vaşinqton Post (VP) qəzeti yazır ki, Rusiya və Türkiyə kürd qüvvələrini Suriyadan çıxarmaq üçün anlaşma imzalayıb.

VP qəzeti də Soçi anlaşmasının Amerika əsgərləri bölgədən ayrılarkən və ABŞ-ın nüfuzu azalarkən, Putinin Suriyadakı üstün rolunu möhkəmlətdiyini yazıb.




İmza:Eminquey

İlkin Rüstəmzadə NİDA-dan istefa verdi

ANJELİNA COLİ O MÜRACİƏTİ OXUYACAQ, YOXSA YOX?!

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisi

“Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi məlum oldu

Hikmət Hacıyev: Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam etdirir

Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək

Vətəndaş məktubları: Cənab Prezident, xalqımızı düşünərək atdığınız qətiyyətli addımları yüksək qiymətləndiririk

Milli Şuradan etiraf: “İşimiz hökuməti şərləməkdir”

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Nazir: “Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edib”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Rəsmi Bakı Ermənistanın “faydalı düşmən” ittihamına cavab verdi

Mədət Quliyevə yeni müavin təyin edildi - Sərəncam

190 manat nə vaxt veriləcək? - Nazir müavini açıqladı

"Milli Şura"nın qeybətxana şousu davam edir - VİDEO

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

SON XƏBƏRLƏR
2020-07-10
2020-07-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK