hacklink Adalet.az | Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm” Adalet.az | Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

3109    |   2019-10-22 12:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vəliyev Oruc Mansur oğlu 4 dekabr 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində anadan olub. Dizə kənd tam orta məktəbini bitirib. 2019/2020-ci tədris ilində III ixtisas qrupu üzrə 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının "Hüquqşünaslıq” ixtisasına daxil olub. O, 2019/2020-ci tədris ilində Akademiyaya "Hüquqşünaslıq” ixtisası üzrə ən yüksək bal toplayaraq qəbul olan tələbədir. Oruc Vəliyev suallarımızı cavablandırıb.

  • - Oruc, orta məktəb illərində ən çox marağınız olan fənn hansı idi?
  • - Orta məktəb illərində ən çox marağım olan fənn "Tarix” fənni idi. Həm "Ümumi tarix”, həm də "Azərbaycan tarixi” fənlərini digər fənlərə nəzərən daha həvəslə öyrənirdim və araşdırmalar aparırdım.
  • - Hansısa bilik yarışında və ya olimpiadada uğurlarınız olubmu?
  • - 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda keçirilən "Azərbaycan dili” üzrə fənn olimpiadasında birinci yerə, Naxçıvan Muxtar Respublikası üzrə olimpiadada üçüncü yerə çıxdım. Həmçinin Naxçıvanda keçirilən "Xəmsə" bilik yarışlarında təmsil olunduğum komanda birinci və ikinci yerləri tutub.
  • - Ali məktəb seçimində kimsə sizə istiqamət verib, yoxsa ozünüz qərar vermisiz?
  • - Ali məktəb seçimimdə tarix müəllimim Turan Novruzovun rolu olub. Müəllimim mənə Akademiyada olan yüksək tədris səviyyəsi ilə əlaqədar məhz bu ali təhsil müəssisəsini seçməyi tövsiyə edib. Təbii ki, mən də valideynlərimlə məsləhətləşdikdən sonra Akademiyanı seçdim. Düzgün seçim etdiyimə əminəm və heç də peşman deyiləm.
  • - Gömrük Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsidir.Burada fiziki sağlamlıq da vacibdir. İdmanla məşğul olmusunuzmu?
  • - Məktəb dövründə dərslərlə əlaqədar olaraq idmanla az məşğul olurdum. Lakin Akademiyaya qəbul olduqdan sonra mütəmadi olaraq idmanla məşğul olmağa başlamışam.
  • - Akademiyada tələbə həyatı, buradakı təhsil sizi qane edirmi?
  • - Akademiyada tələbə həyatı və təhsil çox yaxşıdır. Hər cəhətdən məni qane edir. Hər şey rəhbərlik tərəfindən yüksək səviyyədə təşkil olunub.
  • - Sizə uğurlar arzulayırıq.



İmza:

Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK