ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına üzv oldu

18510    |   2019-10-22 10:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması mühəndisliyi kafedrası, İnformasiya təhlükəsizliyi ixtisası növbəti uğura imza ataraq dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına (FNSA - Fortinet Network Security Academy) üzv olub.

Adalet.az-ın məlumatına görə, BANM-in Fortinet Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri və məzunları kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək və karyeralarında yüksəlmək imkanını əldə edəcək.

Bu əməkdaşlıq nəticəsində tələbələrə pulsuz olaraq Fortinet Şəbəkə Təhlükəsizliyi Üzrə Ekspert (Fortinet NSE) təlim proqramı keçiriləcək. Həmin proqramın kurrikulumu təlimi keçən tələbələrə Fortinet şəbəkəsini və onun xüsusiyyətlərini qavramaqda yardım edəcək. Əldə edilən bilik və bacarıqlar proqramı tamamlaya bilən gələcəyin informasiya təhlükəsizliyi mühəndislərinin istənilən təşkilat / şirkətin informasiya texnologiyaları infrastrukturunu idarə etmək, eləcə də müasir dövrün kibertəhlükəsizlik problemləri və onların həll edilməsi istiqamətində daha da püxtələşmək imkanlarını artıracaq.

Bununla yanaşı, BANM-in akademik heyəti və tələbələri FNSA-nın resurslarından istifadə etmək üçün də çıxış əldə edəcək.

"Fortinet” şirkəti kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış dünyaca məşhur şirkətlərdən biridir. Əsası 2000-ci ildə Amerikada qoyulmuş İT təminatı üzrə dünya lideri öz müştərilərinə təhlükəsiz İT infrastrukturu qurmaq üçün ən innovativ və səmərəli həlləri təklif edir. Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyası (FNSA) şirkət daxilində yaradılmış və informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslı kadrlar hazırlayır.




İmza:

Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər yekunlaşıb

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

Sosial şəbəkələrdə DİM-in saxta səhifə və qrupları yaradılıb

Bakıda 53 şagird respublika fənn olimpiadasının qalibi olub

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? - RƏSMİ

Bakı Ali Neft Məktəbinin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək - VİDEO

SON XƏBƏRLƏR
2020-07-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK