hacklink Adalet.az | Tahir Abbaslı: Dərd gələr tapar bizi Adalet.az | Tahir Abbaslı: Dərd gələr tapar bizi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Tahir Abbaslı: Dərd gələr tapar bizi

4254    |   2019-10-22 09:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

..1980-ci ilin yayı. Qarabağın Arazqırağı kəndlərindən birində toydur. DTK-nın rayon şöbəsinin sədri o vaxtlar üçün misilsiz bir cəsarətlə Xudu müəllimlə Şahmar Əkbərzadəni gecəyarısı "Araz-stroy" körpüsündən o taya Güney Azərbaycana keçirir. O on-on beş dəqiqəlik "oğrun Vətən görüşündə" Xudu müəllim nələr çəkmir, nələr etmir?! Diz çöküb öpdüyü torpaqda çəmən qoxlayır, çiçək axtarır, həsrət otları yolur.

Sonralar Xudu Məmmədov dostuna xitabən bu bayatını yazır:

Dərd gələr tapar bizi,
Təndirə yapar bizi,
Araza gətirmisən,
Təbrizə apar bizi!

Ertəsi gün onu həmişəkindən daha şad-xürrəm görən toy adamları (bu kənddə üçüncü oluşuydu) sualı suala caladılar, ötəkilərdən daha yaxın pərvanələşdilər. Kənd xəstəxanasının baş həkimi "Sizə fəda olum, ay Xudu müəllim, hər şey gözəldir, amma heyf ki, içmirsiz, sağlığınıza qaldırdığımız badələrə bir avtoqraf-badə toxundurmursuz.." dedi. Xudu müəllim isə özünəməxsus təbəssümüylə bu kəndin qonaqpərvərliyindən, əsrin əvvəllərindəki qaçaq-qoçaqlığından bir xeyli danışıb, ürəyinin gizlinində çiçək çırtladan ötən gecəki olayın eşqi ilə söhbətini belə yekunlaşdırdı:

"Mənim içib-içməməyimi neynirsiz, siz məndən dəmlik istəyin. Mən dəməm.."

Sabahısı onu öz rayonundan qatarla yola salırdıq. "Sərnişinlərdən xahiş olunur..." elanından sonra o, yarıkönül vaqona qalxdı və əlbəəl qayıdıb yerə düşdü. "Ay Zeynal müəllim, - dedi- sən Allah, vaxt elə, sabahda-birigündə Bakıya gəl. Srağagün gecə o tayımızda gördüklərimi, lətifəsi insanlardan uzaq, gövşəyib qurtara bilmirəm! Gəl, bir əməlli-başlı paylaşaq..."

Bütün şüurlu ömrü uzunu canında-qanında, sözündə-söhbətində milli azadlıq, müstəqillik arzusu və mücadiləsi aparan bu insan, təəssüf ki, öz ana arzusunun mənzil başına üç il qalmış - 1988-ci ildə dünyasını dəyişdi. Özü də bu sevgili mücadilənin ilkin ritmi üstdə - Qarabağ yanğısının əlimyandı məqamında. Dünyadəyişmə məkan-mənzili isə bir Tanrı peşkəşi idi; canından artıq, milləti qədər sevdiyi Üzeyir bəyin ev-muzeyi..



P.S. izləyicilərimizdən Uzeyir Abbasov'un qeyd edir ki, yuxarıda söhbət gedən kənd Fizuli rayonunun Əhmədalılar kəndidir. Xudu müəllimə içmək təklifini edən də Uzeyir bəyin dayısı Famil kişi olmuşdur.


İmza:
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK