ANA SƏHİFƏ / SİYASƏT

"Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz" - XİN

11016    |   2019-10-21 12:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır. Qanunsuz aksiya keçirən şəxslərin əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.

Adalet.az-a daxil olan məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa Ittifaqının bəyanatına münasibət bildirərəkən deyib. O, qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunub.

"Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı. Buna baxmayaraq, onlar həmin ərazidə faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etmişdilər. "Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin III hissəsinin 1-ci bəndinə əsasən müvafiq ali hakimiyyət binalarının 200 metr radisunda keçirildiyi təqdirdə, mitinqlər, nümayişlər, küçə yürüşləri qadağan oluna bilər.

Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri Lökbatan qəsəbəsi 28 May küçəsindəki "Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif olunub. Buna baxmayaraq, şəhərin mərkəzi hissəsinfə qanunsuz aksiyanın keçirilməsinə cəhd olunub”.

Onun sözlərinə görə, polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Belə ki, polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayib.

"Avropa İttifaqı tərəfindən bu gün Barselonada baş verən hadisələrə, o cümlədən din nümayişçilərə qarşı polis tərəfindən rezin güllələrdən istifadə olunması, mətbuat nümayəndələrinin döyülməsi, həddən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirilməsi yaxşı olardı.

Fransada aylar ərzində nümayişçilərə qarşı tətbiq olunan polis qəddarlığı bütün insani davranış normalarını aşıb. 11 nəfər ölbürülüb, minlərlə insan xəsarət alıb. Gözlərini itirmiş, şikəst olmuş insanlar vardır. Təəssüf ki, bu kimi hallarda da ikili standartlar tətbiq edilir. Polisin mədəni davranışına xələl gətirilir. Avropa İttifaqı tərəfindən öz burnunun ucunda olan hadisələrə göz yumulur. Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz”.


İmza:

Zahid Orucdan müharibə anonsu

Adil Əliyev bəzi deputatları susqunluqda ittiham etdi

Siyavuş Novruzov: Bugünkü müstəqil Azərbaycan dövləti demokratik cümhuriyyətin varisidir

Aqil Abbas: “O qədər ixtisar olunası yer var, niyə kitablardan yapışıblar”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək

Bu gün Milli Məclis maska taxmamağa görə cərimələri ikinci oxunuşda müzakirə edəcək

Gürcüstanı həvəsləndirən Ermənistan yolu: Münasibətlər, əlaqələr və insidentlər...

BƏLKƏ VƏZİROVLA MÜTƏLLİBOVU QAYTARAQ QARABAĞI XİLAS ELƏSİN?!

AQİL ABBAS: MİLLİ ŞURANIN YARANANDAN BƏXTİ GƏTİRMƏYİB

Adil Əliyev: "Sosial şəbəkələrdə söyüşlə danışanlar məsuliyyətə cəlb olunsunlar"

QARABAĞ DEPUTATLARINDAN VAHİD ƏHMƏDOVA ATƏŞİN SALAM!

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

SON XƏBƏRLƏR
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK