hacklink Adalet.az | Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb Adalet.az | Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb

3435    |   2019-10-21 11:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda səfərdə olan Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) Prezidenti Şauna Nunan ilə görüşüb.

Qonağı Bakıda görməkdən məmnunluğunu ifadə edən Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin fəaliyyətinin, Azərbaycanla, xüsusi ilə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığını yüksək qiymətləndirib. Rektor qeyd edib ki, Neft Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə "Regional Tələbə İnkişafı Sammiti” artıq bir neçə dəfədir ki, Bakı Ali Neft Məktəbində keçirilir. O eyni zamanda, bildirib ki, BANM-də də bir neçə il əvvəl Neft-Qaz Mühəndisləri Cəmiyyəti yaradılıb və hazırda uğurla fəaliyyət göstərir.

Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə məlumat verən E.Qasımov BANM-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradıldığını bildirib. O, Ali Məktəbdə ingilis dilində Böyük Britaniyanın Heriot Vatt Universitetinin proqramlarına uyğun tədris həyata keçirildiyini diqqətə çatdırıb. Rektor eyni zamanda məlumat verib ki, Cenevrə Biznes Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Biznesin İdarəedilməsi (Master of Business Administration) üzrə magistratura pilləsində kadr hazırlığı həyata keçirilir.

Son illər mühəndislik ixtisasları üzrə təhsil alanların sayının artığını vurğulayan rektor onların arasında qızların xüsusi çəkiyə malik olduğunu deyib.

Bütün dünya üzrə Neft Mühəndisləri Cəmiyyətinin üzvlərinin 17 faizinin qadın mühəndislər təşkil etdiyini bildirən xanım Nunan həmçinin qeyd edib ki, SPE-nin 62 il ərzində 5 qadın prezidenti olub.

O həmçinin, Neft Mühəndisləri Cəmiyyətinin regional sammitlərinin Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

"Regional sammitlər bir çox ölkələrdən olan tələbələrin inteqrasiyası ilə yanaşı, onların gələcək karyeralarının inkişafı baxımından da önəmlidir. Müşahidələr göstərir ki, tələbələr beynəlxalq tədbirlərdə iştirak etdikdə onların bilikləri daha zənginləşir və faydalı təcrübələr əldə edirlər ” – deyə SPE prezidenti vurğulayıb.

Sonda Neft Mühəndisləri Cəmiyyətinin regional çempionatlarının Bakıda keçirilməsi qərara alınıb.

Məlumat üçün bildirək ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.




İmza:

Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK