hacklink Adalet.az | ŞEYTANIN ŞEYTANLIĞI - Seyfəddin Altaylı yazır Adalet.az | ŞEYTANIN ŞEYTANLIĞI - Seyfəddin Altaylı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ŞEYTANIN ŞEYTANLIĞI - Seyfəddin Altaylı yazır

7188    |   2019-10-18 15:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dinsiz elm kor, elmsiz din topaldır

Albert Eynşteyn”

Salam dostlar.

Fikir veribsinizsә, yazılarımda daim elmә üstünlük verdiyimi vurğulayıram. Elm yalnızca bir sahәyә mәxsus deyildir. Tarixin әn qәdim çağlarında Türk şahzadələrinin hәr birinin azı üç dil bildiyi sәnәdlәrdә zәbt olunub. Bizim tarix boyu böyük dövlәtlәr vә on altı imperiya yaratmağımızın özülündә dә bu dayanır, yәni elm.

Sәkkizinci yüzildә yazılan Bilgә Xaqan abidәsinin şәrq üzündә bu sözlәr yazılıb: "Ondan sonra şahzadələr böyük qardaşları kimi yaradılmayıb şәksiz, oğulları ataları kimi yaradılmayıb şәksiz. Ağılsız, lәyaqәtsiz xaqanlar taxtda әylәşib, komandirlәri dә ağılsız, lәyaqәtsiz imişlәr. Bәylәri vә xalqı itaәtkar olmadığı üçün, Çin xalqı hiylәgәr, saxtakar olduğu üçün qardaşları bir-birinә saldığı, bәylәrlә xalqı bir-birinә qarşı qışqırtdığına görә, Türklәr dövlәt taxtında әylәşdirdiyi xaqanını itirib. Bu sәbәblә Türk xalqı, Çin xalqına bәy olmağa layiq oğullarını qul edib, xanım olmağa layıq qızlarını cariyә edib”.

Hәmişә bu sözü dilә gәtirirәm, "tarix ondan dәrs çıxarılarsa tarixdir, dәrs götürülmürsә, yalnızca nağıldan ibarәtdir”.

Müqәddәs kitabımız "Qurani Kәrim”in Maidә surәsinin 51-ci ayәsindә "Ey iman edәnlәr! Yәhudilәri vә xristianları dost tutmayın. Onların bәzisi, bәzisinin dostlarıdır. İçinizdәn kim onları dost tutarsa, şübhә yoxdur ki, o da onlardandır”- deyilib.

Bu gün elә bir dünyada yaşayırıq ki, bilmirik kim müsәlmandır, kim deyildir. Haçan әrәblәrin quyruğu qapı arasında qısdırıldı, o saat onları dünya arenasında müdafiә etdik, çünki din qardaşlarımızdır dedik.

Birinci Dünya Müharibәsindә Mәkkәyә "Şәrif” tәyin etdiyimiz Hüseyn ingilislәrdәn aldığı qızıllarla çöl әrәblәrindәn 70 min nәfәrlik ordu yaradıb oğlunu İngiltәrәnin casusu Lowrәns ilә birlikdә onun komandiri tәyin etdi. Mәhmәtciklәrimizi kürәyindәn güllәlәdi, halbuki biz onların torpaqlarını imperialistlәrә, başda ingilislәr, fransızlar vә italiyanlara qarşı qoruyurduq.

Dünәnә kimi fәlәstinlilәrә İsrail hücum çәkdikdә dünya miqyasında әn yüksәk sәslә onları müdafiә etdik, çünki müsәlmandılar. Qırx ildir ölkәmizdә qırğın törәdәn PKK/PYD/YPG terrorçuları da müsәlmandılar.

Avropalılar da, amerikalılar da indiyә kimi kürdlәrә daim arxa oldular, onları silah-sursat yönündәn dәstәklәdilәr. Ruslar da onlardan gәridә qalmadı vә 1970-ci illәrdәn bәri qışqırdaraq Türk xalqının canına saldılar. Hәtta PKK-lılar öncә kürdlәri qırarkәn dә oğul-uşaq, qadın-kişi fәrqi qoymadılar.

Birinci Dünya Müharibәsinin әsl mәqsәdi Sәlib yürüşlәrindәn fәrqli deyildi. PKK/PYD-nin Türkiyәdә terror aktları törәtmәsinin әsl mәqsәdi dә hәmin mәqsәdlәrә xidmәt edir.

Türkiyә haçan ki, terrordan zara gәldi vә dövlәtinin, dövlәtçiliyinin tәhlükә ilә üzlәşәcәyini gördükdә, ayağa durub quduzlar sürüsünә dәrsini vermәyә qalxdıqda, dünәnә kimi dәstәklәdiyimiz fәlәstinlilәr bizi işğalçı elan etdilәr. Fәlәstinlilәr üçün sinә cıranların sağ üzünә möhkәm bir sillә çәkdilәr. Әrәb Liqası da elәcә. Bunlar da müsәlmandı, din qardaşlarımızdı???

Amerika gördü ki, yetişdirdiyi quduzlar Mәhmәtciyin qarşısında zәlil-zәbun oldu o saat onların mәhv olmasına icazә vermәk istәmәdi vә fırıldaqçı Trump iki adamını yolluyaraq Türkiyәnin әlinә-әtәyinә düşüb "amandır, hәrәkatınızı saxlayın, biz PKK/PYD-lilәri sәrhәdlәrinizdәn çәkәcәyik” - deyә söz verdi. Görәsәn niyә???

Başda Amerika olmaqla xristian Avropaya, Moskvada PKK-nın nümayәndәliyini hәlә dә açıq saxlayan Rusiya Federasiyasına sual verib desәn ki, ay filan-filan, axı ikidә bir deyirsizin, demokratiyadan tәrәfik, insan hüquqlarına hörmәt bәslәyirik, terrorizmә qarşıyıq, bәs terrorçuları niyә dәstәklәyirsiniz? O dәqiqә dillәri topuq döyәcәk vә söhbәtdәn kәnar sözlәri deyәcәklәr. Gәldilәr vә dedilәr…

Әziz qardaşım, mehriban bacım, 18-ci yüzildә I Pyotrun vәsiyyәtinin nәticәsidir ki, Qәrbi Azәrbaycanda Ermәnistan yaradıldı, oradaki Azәrbaycan türklәri zorla dәdә-baba torpaqlarından çıxarıldılar. Zәngәzur koridoru İranın quzeyindәn, İraq vә Suriyanın quzeyindәn keçәrәk, Aralıq dәnizinә çatacaq Kürdçü koridora bağlanmaq mәqsәdiylә yaradıldı. Rusiya ona görә Suriyadadır, Amerika Türkiyәnin vә İranın parçalanmasını mәqsәd güdәrәk İraq vә Suriyanı işğal etmişdir. Dünyanı bölüşәn bu iki xristian dostun İraq vә Suriyada olmasının yeganә mәqsәdi Türkiyә vә İranın parçalanması, buralarda özlәrinә bağlı olacaq vassal bәyliklәrin yaradılmasıdı.

18-ci yüzildә yaşamış Әrzurumlu İbrahim Haqqı hәzrәtlәri "Görәlim mevlam neylәr, neylәrsә güzәl eylәr” deyib.

Yaxşı bәs biz indi vә indәn belә neylәmәliyik? Öz övladlarımızı eynilә avropalılar kimi haçan yetişdirmәyә başlayacağıq? Haçan hardasa 300 milyona çatan dünyamızı heç olmasa mәdәni yöndәn birlәşdirmәyә başlayacağıq???




İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-12


VİDEO