hacklink Adalet.az | Bakıda dələduzluq edərək vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb Adalet.az | Bakıda dələduzluq edərək vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda dələduzluq edərək vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

13286    |   2019-10-18 10:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şöbəyə şikayət edən Astara rayon sakini Sadiq Mirzəyev Cavadaxan küçəsi, ev 17 ünvanının qarşısında mobil telefonunu özünü Qorxmaz kimi təqdim edən şəxsə müvəqqəti danışmaq məqsədi ilə verdiyini, lakin sonuncunun hadisə yerindən uzaqlaşıb bir daha geri qayıtmayaraq ona qarşı dələduzluq etdiyini bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edənin Ağsu rayon sakini 1997-ci il təvəllüdlü Əsgərov Qorxmaz Mətləb oğlu olduğu müəyyən edilib və o, saxlanılıb. Sonuncu verdiyi izahatda qeyd edilən əməli törətdiyini səmimi etiraf edib. Saxlanılan şəxs barəsində 19-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir

Qeyd edək ki, saxlanılan şəxsin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Qorxmaz Əsgərovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nəsimi Rayon Polis İdaəsi və ya 19-cu Polis Şöbəsinə bu barədə məlumat verə bilərlər.




İmza:

Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

Qonşusunu qətlə yetirən Masallı sakini saxlanılıb

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? - TƏFƏRRÜATLAR

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Bakıda avtomobil oğrusu saxlanılıb

Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” marafon keçirilib

Bakıda keçmiş məhkum heroin və saxta əsginasla tutulub

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Bakıda ticarət mərkəzindən qızıl oğurlandı - FOTO

BŞBPİ: Azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil

SON XƏBƏRLƏR
2019-11-13
2019-11-12


VİDEO