ANA SƏHİFƏ / DÜNYA

Ərdoğanla ABŞ-ın vitse-prezidenti arasında görüş başlayıb- YENİLƏNİB

25259    |   2019-10-17 17:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasındagörüş başlayıb.

"Report” "Sabah”a istinadən xəbər verir ki, görüş Türkiyə prezidentinin Ankaradakı iqamətgahında keçirilir.

Görüş mətbuata qapalıdır.

***

ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Türkiyəyə gəlib.

"Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Qeyd edək ki, ABŞ rəsmiləri Türkiyə rəhbərliyi ilə Türkiyə hərbçilərinn Suriyada həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı məsələni müzakirə edəcəklər.

***

Bu günTürkiyə PrezidentiRəcəb Tayyib ƏrdoğanABŞ-ın vitse-prezidentiMaykl Pensiqəbul edəcək.

"Report” xəbər verir ki, məlumatı Türkiyə prezidentinin rəsmi saytı yayıb.

Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyətinə dövlət katibiMaykl Pompeovə digər rəsmi şəxslər daxildir.Bu, M.Pensin ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəridir.

Ağ evin numayəndə heyəti Türkiyə rəhbərliyiilə Türkiyə ordusununSuriyanın şimalındakeçirdiyi antiterror əməliyyatını müzakirə etməyi planlaşdırır.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviriRobert ObrayenvəABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffriisə oktyabrın 16-dan Ankarada səfərdədir. Amerikalı diplomatlar ötən günTürkiyənin milli müdafiə naziri, ordu generalıHulusi Akar, Türkiyə Prezidenti Adminstarsiyasının sözçüsüİbrahim Kalınla görüşüb.Tərəflər Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatını müzakirə ediblər.

Oktyabrın 17-də isə Türkiyənin xarici işlər naziriMövlud ÇavuşoğluABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşərək müzakirələr aparacaq. Yenə də əsas müzakirə mövzusu Türkiyənin Suriyada apardığı"Barış pınarı” antiterror əməliyyatıdır.

M.Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya yola düşməmişdən əvvəl isəABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada antiterror əməliyyatı apardığı üçün Türkiyəyə qarşı sanksiya layihəsini təsdiqləyib. SənəddəTürkiyənin Rusiyadan aldığı "S-400” zenit-raket kompleksinə aid maddə də var.Sanksiya imzalandıqdan 15 gün sonra icra ediləcək. İcraya başladıqdan 30 gün sonra ABŞ-ın dövlət katibi, müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin direktoru sanksiya tətbiq olunacaq şəxslərin siyahısını tərtib edəcəklər. Siyahının 60 gündən bir yenilənməsi nəzərdə tutulub. Sanksiya qüvvəyə mindikdən ən çoxu 120 gün ərzində dövlət katibi, Kəşfiyyat Xidməti, Maliyyə Nazirliyi birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ailə üzvlərinin var-dövlətinə, xaricdək bank hesablarına və məlum gəlirlərinə sanksiyaların tətbiqinə dair hesabatın hazırlanması tələb olunur.

Türkiyə "Barış pınarı” antiterror əməliyyatına son verdiyi halda və ya sanksiyaların tətbiqindən 3 il keçdikdən sonra bütün qadağalar aradan qaldırılacaq. ABŞ Prezidenti Donald Tramp 10 gün ərzində sanksiyanın qüvvəyə minməsi üçün sənədi ya imzalamalı, ya da veto qoymalıdır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.




İmza:
SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK