hacklink Adalet.az | Nazir: "Bəzi direktorlar səhlənkarlıq edir" Adalet.az | Nazir: "Bəzi direktorlar səhlənkarlıq edir" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Nazir: "Bəzi direktorlar səhlənkarlıq edir"

3523    |   2019-10-17 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Şagirdlərin elektron yerdəyişməsi ilə bağlıhəll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin 2 faizi qədərdir".

Adalet.az  xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proses yeni olduğu üçün 2 faizin səbəbləri arasında bir sıra subyektiv və obyektivlik amillər var: "Misal olaraq, gecikmə halları direktorun səhlənkarlığı ucbatından baş verib. Drektor bu işi nəzarətə götürmədən texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı".

Nazir qeyd edib ki, elektron sistemdə bir sıra təkmilləşdirmələr edilib: "Sistem elektron olduğundan burada insan faktorunun müdaxiləsindən söhbət gedə bilməz. Proses ilk dəfə icra olunandan bir həftə sonra nazirliyə bir çox müraciətlər daxil oldu. Bakı Şəhər üzrə Təhsil İdarəsinin qarşısına çoxsaylı insan gəlib deyirdi ki, yerdəyişmə prosesi ləngiyir və səbəbləri ilə maraqlanırdılar. Elektron sistem mövcud olmasaydı bu məsələ ilə bağlı narazılıqların həcmini müəyyən edə bilməzdik".

C.Bayramov əlavə edib ki, proses yazılı formada həyata keçirilən zaman meydana çıxan narazılıqlardan yalnız Təhsil Nazirliyinə daxil olan vətəndaş şikayətlərindən xəbər tutulurdu: "Bəzən problemlərlə üzləşənlər heç müraciət də etmirdi. Bu səbəbdən də real vəziyyətlə bağlı heç məlumatımız da olmurdu. Elektronlaşmadan sonra biz insanların problemlərini bilib, həll yollarını birgə müzakirə edə bildik".



İmza:

Dillər Universitetində Azərbaycan-Çin esse müsabiqəsinə yekun vurulub

Novruz Məmmədov ADU-ya prorektor təyin edilib

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb

BANM-a yeni mətbuat katibi təyin olunub

Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir əsrlik şanlı tarixi...

Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK