hacklink Adalet.az | Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar Adalet.az | Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar

4131    |   2019-10-17 12:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Regionlarda yaşayan gənc qızların sahibkarlıq fəaliyyətinə cəlb olunması” layihəsinə start verib.

Adalet.az  xəbər verir ki, Layihə Göygöl, Daşkəsən və Şəmkir rayonlarının kəndlərində yaşayan gənc qızların biznes bacarıqlarının üzə çıxarılacağından, onların məşğulluğunun artırılması məqsədi ilə sahibkarlıq fəaliyyətlərinə dəstəkdən və onlara bacarıqlarına uyğun yaradılacaq bərabər imkanlardan bəhs edir.

Layihənin məqsədi kənd yerlərində yaşayan qızların bacarıqlarının üzə çıxarılması və onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasıdır. Pilot layihə kimi həyata keçirilən bu layihə gələcəkdə digər rayonların qəsəbə və kəndlərində yaşayan qadın və qızların da bacarıqlarının üzə çıxarılması məqsədilə davam etdiriləcək.

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində 60 qadına sosial sahibkarlıq, maliyyə savadlılığı və biznes planlarının hazırlanması sahəsində təlimlər keçiriləcək və ən uğurlu biznes planı hazırlayanlara bizneslərini daha da genişləndirmək üçün ehtiyacları olan məhsulların hədiyyə olunması nəzərdə tutulur.

Qeyd edək ki, layihə Göygöl, Daşkəsən və Şəmkir rayonlarında həyata keçiriləcək.



İmza:

Hüseynbala MİRƏLƏMOV: MƏNİM POLİSİM

DTX rəisi: "30-dan çox xarici vətəndaşın Azərbaycan ərazisindən istifadə etməklə..."

“İcra başçısı təyin olunacağımı gözləmirdim” - Elşad Həsənovdan ilk AÇIQLAMA

Mikayıl Cabbarov: Azərbaycan yeni inkişaf drayverlərini işə salmalıdır”

Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib

Samir Şərifov: Büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub

Elşad Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib - SƏRƏNCAM

Suraxanı rayonuna yeni icra başçısı təyin edilib - SƏRƏNCAM

“Azəriqaz”ın yeni baş direktoru: Borclu sahibkarların qazı mövsüm boyu açılacaq, lakin...

Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Ordusu əməliyyat təlimlərinə başlayır

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO

SON XƏBƏRLƏR
2019-11-12
2019-11-11


VİDEO