hacklink Adalet.az | DAŞLARDAKI HƏQİQƏTİN DEDİYİ Adalet.az | DAŞLARDAKI HƏQİQƏTİN DEDİYİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DAŞLARDAKI HƏQİQƏTİN DEDİYİ

63413    |   2013-05-11 00:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünənini bilməyənlərin sabahı ola bilməz, çünki bu gün dünənin əsəridir və bətnində də sabahı daşıyır.

Bir zamanlar nəymişik ya Rəbbə!. Ulu babalarımızın yaratdıqları dövlətlərə baxdıqda insan dəhşətə gəlir. Biz doğrudanmı o boyda nəhəng imperiyaları yaratmışıqə! O imperiyaları yaradanların nəvə-nəticələri bəs indi niyə bu haldadı?!

Avropalı imperialistlərin ən qəddarlarından və vəhşilərindən biri də fransızlardır. Afrikada həyata keçirdikləri, yalnız öz mənafeləri üçün bəşər əxlaqının və insani dəyərlərin ayaqlar altına salınıb çığnanmasından savayı heç nə deyildir. Məsələn, əlcəzair onların işğalında olduğu vaxt, özlərinə tabe olmayan və əlcəzairin azadlığı uğrunda işləyən hər kimi tuturdularsa aparıb çöldəki telefon dirəklərinə yerdən bir metr hündürlüyə bağlayırdılar və çıxıb gedirdilər. Kaftarlar, ac qurdlar o yazıqların iyini alıb hücum çəkir və ayaqlarından başlayaraq onları ağızlarının çatdığı yerə qədər diri-diri yeyirdilər. Bu Fransızlar görəsən on altıncı əsrdə hansı vəziyyətdə idilər bəsə Gəlin onu da həmin əsrin tarixi qeydlərindən öyrənək.

Fransa Kralı Fransçois 24 fevral 1525-ci il tarixində Almaniya imperatoru Şarlken ilə apardığı Pavye döyüşündə məğlub olur və əsir düşür. Şarlken öz dindaşı Fransçoisə olmazın əziyyətlər edir. Françoisin anası Xanım Dangolen, İstanbuldakı səfirləri Jan de Franjipan ilə Qanuni Sultan Süleymana bir məktub yollayır. Kraliça Dangolen məktubunda deyir:

"İndiyə kimi oğlumun xilasını Şarlkenin insafına buraxmışdım, ancaq o oğlumu təhqir edir. Dünyanın dörd bir guşəsində yeriyən hökmünüz, cahanın tanıdığı əzəmət və şanınızla oğlumu xilas etməyinizi ulu şəxsinizdən niyaz edirəm".

Məktub Qanuniyə çatdıqda oxuyur və bu cavab məktubunu yollayır:

"Mən ki, sultanlar sultanı, xaqanlar xaqanı, hökmdarlara tac vərən, Allah:::ın yər üzündəki kölgəsi, Ağdənizin və Qaradənizin və Rumelinin və Anadolunun və Azərbaycanın və Dəməşqin və Hələbin və Misirin və Məkkə və Mədinənin və Qüdsün və bütün ərəb diyarının və Yəmənin və necə məmləkətlərin sultanı və padşahı Sultan Bayəzid Xan oğlu Sultan Səlim Xan oğlu Sultan Süleyman Xanam. Sən ki, Fransa vilayətinin Kralı Fransuvasan. Hökmdarların sığındığı qapıma elçinizlə məktub göndərip, ölkənizi düşmənin işğal etdiyini, hal-hazırda həbsdə olduğunuzu bildirib, xilasınız üçün məndən yardım istəyirsiniz. Söylədiyiniz hər şey dünyanı idarə edən taxtımın ayaqlarına təqdim olunub. Hər şeydən xəbərdar oldum. Yenilmək və zindana düşmək heyrətamiz deyildir. Ürəyiniz təskinlik tapsın və narahat olmayın. Belə hallarda atalarımız düşmənləri məğlub etmək və ülkələr tutmaq üçün yürüşlər ediblər. Biz də atalarımızın yolundayıq və daim ölkələr və alınmaz qalaları ələ keçiririk. Atımız gecəli-gündüzlü daim yəhərli və qılıncımız bəlimizdədir. Ulu Tanrı xeyir ehsan etsin. Allah nəyi istəsə o da olur. Bundan sonrasını xəbəri yolladığınız adamınızdan öğrənərsiniz".

Fransa kralına qarşı söylənən ifadəyə bax; "Sən ki, Fransa vilayətinin Kralı Fransuvasan".

Aradan beş yüz il keçməyib, Fransanın buraxdığı silahlar dünyanın yeraltı sərvətlərinə malik inkişaf etməmiş ölkələrində, xüsusilə Afrikada nahaq qanları su yerinə axıdır. Fransanın buraxdığı təyyarələr, tanklar, maşınlar dünyanın dörd guşəsində pendir-çörək kimi satılır. Fransa, BMT kimi imperialistlərin məxfi yığıncaq yeri olan dünyanı istədikləri kimi idarə etdikləri bir təşkilatın qurucu, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Avropa Birliyini yaradan ölkələrdən biridir, 360 nüvə silahı, 59 nüvə stansiyası vardır və 65 milyon əhaliyə malikdir. Ölkəsində yeganə dövlət dili vardır, o da Fransızcadır və digər dillərə yaşamaq hüququ tanınmayıb. Bir dövlət dairəsinə getsəniz Fransızcadan savayı bir dillə danışsanız sizi qovarlar. Bütün müstəmləkələrində isə Fransızca hakim dildir.

Bəs bizə Bütövlükdə üç yüz milyona çatan əhali sayımız, yeddi müstəqil dövlətimiz, neçə-neçə muxtar cümhuriyyətimiz var. Yerüstü, yeraltı sərvətlərimiz hədsiz-hesabsızdır. Dünyanın ən qədim və ən ağıllı, ən cəsur millətiyik, hər şeyimiz var. Niyəsini bilmirəm, ancaq hələ də vahid bir ünsiyyət dilimiz yoxdur, hələ də öz markamız olan bir maşınımız dünya bazarlarında satılmır, fransızın, almanın, ingilisin, yaponun və digərlərinin buraxdığı maşınlara minirik (Sabir baba qulağın cingildəsin). Məsələn, Türkiyədə bir ton dəmirin qiyməti iki min lirə deyil. Gavur dediyimiz qərblilər iki tonluq dəmiri texnoloji ilə maşın halına gətirir və orta hesabla bizə yüz mindən artıq dollara satır. Hələ də nüvə stansiyası tikə bilməmişik, hələ də hər bir detalıyla özümüzün olan bir təyyarəni buraxa bilməmişik. Amma mənfi mənada buraxdığımız çox şeylərimiz varg Bir-birimizin quyusunu qazırıq, içimizdən biri yüksəlsə dərhal ayağından dartıp aşağı çəkirik, qısqanclıqda bizdən irəlidə gedən yoxdur, pafosda dünya birincisiyik tribunalarımız bura şahiddir. Bizi düşmənlərdən qoruyacaq ən müqəddəs qurumlarımıza bəla kəsilib başına itoyunu açırıq.

Dünən yeddi yaşındakı körpələrimizi, qoca nənələrimizi, silahsız-sursatsız, xəstəhal, əlsiz-ayaqsız vətəndaşlarımızı kütləvi şəkildə qıran, məscidlərə, anbarlara doldurub od vurub diri-diri yandıran, Xocalı kimi bir Soyqırımı törədən ermənilərin tərəfini saxlayan çağdaş kommunistlərimiz (Naxır kökündən gedib bunlar hələ də ala buzovu axtarır!..) ermənilərlə, Türkə düşmən olanlarla əl-ələ verib, "hamımız erməniyik" deyə qara asfaltların üzünü təpikləri ilə döyə-döyə daha da qaraldır.

Bəzilərimizin nə dünəndən xəbəri var, nə bu gündən, nə də sabahdan. Oxumurlar, araşdırmırlar, öyrənmirlər və şüurlanmırlar. Dünən bizdən yardım dilənən Françoisin nəvə-nəticələri, paytaxtları Parisdə Pere Laçaisə qəbiristanlığında tikdikləri bir daş abidədə; "1914-15-ci illərdə Fransa üçün canını verən ermənilərin xatirəsinə. Onlar Suriyə, Lübnan, Qaraman, İçəl, Konya, Antalya, Musa Dağı, Saimbəyli, Adana, Ağrı Dağı Döyüşü, Maraş, Qaziantəp, Qafqazya, Sərdarabad, Selanik, Monastır və Çanaqqalada Fransa üçün döyüşdülər və həlak oldular" sözlərini həkk ediblər.

Ana dilimizdə danışanlarımız da Məkkə yesirləri kimi küçələrə tökülüb qara asfaltları çığnaya-çığnaya mavi səmaya; "Bizlər də filankəsik" şüarını həkk edirlər. Ziddiyyətə bax!..

Dünən Fransanı vilayət kimi qəbul edən və onun kralına xitabən, "Sən ki, Fransa vilayətinin Kralı Fransuvasan" deyən babamız qəbrindən başını qaldırıb bizim halımıza baxsa görəsən nə deyərə!.

"Razı deyiləm yatmışları bir kəs oyatsın!"

Sağ ol Sabir baba. Yaxşı oyatmayaq, qoy yatsınlar. Bilmiş ol ki, yata-yata əvvəlcə hamıdan dala qalacaqlar, sonra da dünənki nökərlərinin qulu olacaqlar; çünki cəncəl qanununun hakim olduğu belə bir dünyada ayrı nə ola bilərlər ki?!

Daşlara həkk olunmuş ayrı yazılar da var axı: "Ey Türk, silkin və özünə qayıt, sən özünə qayıdanda böyük olursan..."

Öz mədəniyyətinin böyüklüyünün fərqinə varmayanlar, fikri, düşüncəsi müstəqil olmayanlar, özünə hansı yolla qayıdıb böyük ola bilər ki?!.

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK