hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

7160    |   2019-10-16 13:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəli burada

Adətən hamamdan sonra yaxşı bir çay adama əməlli-başlı rahatlıq gətirir. Çay məsələsində də Əhməd Varolun diqqəti xüsusidir. Ona görə də camiyə gəlirik və Ərdal bizim üçün mükəmməl bir çay süfrəsi açır. Yenə dostlar yığışır... yenə maraqlı əhvalatlar dilə gəlir... hadisələr xatırlanır... söz-sözü çəkir... danışmaq, deyib-gülmək günü daha da gözəlləşdirir...

Axşam namazından sonra abinin təklifi ilə Rəcəb Köçən, Süleyman Kurnaz və mən dondurma yeməyə gedirik. Xatırladım ki, artıq neçənci dəfədi ki, həmin dondurma evinə gedirik. Və hər dəfə də çeşid-çeşid dondurmaların dadına baxırıq. Mənim dondurmaya meylimi artıq öncədən bilən Əhməd qardaşım hesabı ödəyib çıxanda özü ilə birlikdə balaca bağlama da götürdüyünü hiss etdim. Düzünü deyim ki, ağlıəma heç nə gəlmədi. Yalnız otelin önündən ayrılanda bağlamanı mənə uzatdı ki, bilirəm, axşam oturub işləyəcəksən, onda köməyinə çatacaq. Təəccüblə soruşdum:

- Nə?

O da gülümsəyərək dedi:

- Əncirli və qaysılı dondurmalar.

Bu diqqətə görə, nə demək lazım olduğunu ifadə etməkdə çətinlik çəkirəm. Sadəcə, bir-birimizə şirin yuxular diləyib ayrılırıq.

Səhəri hərəmiz öz işimizlə məşğul olduq. Yəni mən gəzmək, şəhəri dolaşmaq, yeni görməli yerlərə baş çəkmək, Əhməd Varol da məmur işlərini gördü. Günorta naharına yaxın görüşdük və o mənə heç nə demədən maşının yönünü Akçaabata tərəf çevirdi. Əvvəldən də bilirdim ki, burdakı balıqların dadı tamam fırqlidi. Doğrudur, hamısı Qara dənizin məhsuludur. Bişirmək, təqdiç etmək üslubu başqadı. Dəfələrlə Əhməd Varol məni bu özəl balıq evinə qonaq gətirib. Artıq burada Əhmədi həmişə olduğu kimi, bu dəfə də öncədən gözlədiklərini görməmək mümkün deyildi. Ayrıca masanın üzərində balıq yeməyində istifadə olunan hər şey qoyulmuşdu. Əyləşən kimi yaxınlaşıb sifarişi qəbul edirlər. Qardaşım fərqli balıqlardan sifariş verir. Öncə buğda bişirilmiş balıq gəlir. Sonra şişdə, daha sonra tavada qızardılmış balıq. Onun ardınca az qala külləməni xatırladan bir formada bişirilən balıq... Özümü saxlaya bilmirəm:



- Qardaş, bəs edər də, bu qədər sifarişmi olar?

Əhməd Varol da gülərək:

- Balıq yüngül yeməkdi, bir növü çərəzdi. Akçaabad balığını bir də sən növbəti gəlişində yeyəcəksən. Ona görə də doyunca yemək lazımdı ki, dadı damağında qalsın.

Balıq yeyəndən sonra Akçaabadı gəzməyə başlayırıq. Sahil boyu gəzmək, xüsusi paraşütlərdən tullananları seyr etmək adamın könlünü xoş edir. Və mən xoş ovqatın içərisində bir məmnunluq yaşayıram. O məmnunluğu ki, onu ifadə etmək heç də asan deyil. Çünki burada gördüklərim az qala bir nağılı, bir yuxunu söyləmək qədər maraqlıdı.



Təbii ki, akçaabadda şəkillər çəkdirməyi də unutmuruq. Çünki bunlar ömrün anlarıdıVə mən də ömrün bu anlarını təkcə yaddaşımda deyil, yazılarımda da yaşatmağın tərəfdarıyam. Ona görə də yazıram:


Mən gördüyüm yuxular

Allah, yozuma gəlmir...

Yaşadığım duyğular –

Vallah, yadıma gəlmir...


Kabus tək dolaşıram

Dərdlərə bulaşıram...

Beşəlli sallaşıram –

Yenə lazım ha gəlmir!


Heyrət quyusu dərin

Üzü xeyirin, şərin –

Mənim umduğum sərin –

Çox, ya azıma gəlmir...


Günlər balta kəsərli

Doğradığı təsəlli!.

Mən bilənlər məsəldi –

O da sazıma gəlmir...



Qara dənizin sahilində çay içməyin ayrı bir ləzzəti var, özü də balıq yeməyindən sonra. Bunu da unutmuruq. Və çox könül oxşayan bir məkanda əyləşib dənizi seyr edə-edə çay içirik. Bu arada hər ikimizin telefonuna zəng gəlir. Arayan dostlardı. Və biz onları intizarda qoymamaq üçün Trabzona dönürük. Yolda aptekə, yəni terklərin dediyi kimi, əczaçıya baş çəkirik. Doktor, professor Mustafa Gökçənin yazdığı reseptə uyğun olaraq dərmanları sifariş veririk...



Bu əczaçı öz diqqəti, həm də peşəkarlığı ilə həmişə məni heyran edib. Belə ki, resepti əlinə götürən kimi öncədərmanalrı çeşidlıyir, sonra dərmanı alan xəstə ilə tələsmədən, səbrlə danəşmağa başlayır. Bir-bir dərmanı demək olar ki, xəstəyə son nöqtəsinə qədər anladır, tərkibini söyləyir, necə istifadə etməyi dərmanın qutusunun üzərinə yazır. Faydalı və ziyanlı tərəflərini də edməkdən çəkinmir. Bir sözlə, sən aldığın dərmanın nəyə faydası olub-olmadığını tam bilirsən. Üstəlik, bu insan sənə həmin dərmanın əvəzediciləri barəsində də bilgi verir. Mən əczaçı Ömər Tonyali söylədikləri sayəsində artıq qəbul etdiyim bütün dərmanları az qala "tərcümeyi-hal”ını əzbər bilirəm. Hə, bir də mən bu əczaçının yanında olanda gündəlik qəzetləri də gözdən keçirmək imkanı qazanıram. Çünki hocam mütaliə adamıdı.



Dostların yanına gəlirik. Gündəlik mövzulardan başlayaraq, görəcəyimiz işlərə qədər hər mövzuda söhbətlər etsək də, əsas bir məqamı unutmuruq. O da İbrahim hocamla onun kəndinə getmək məsələsidi. Biz axşam İbrahim hocanın müşayəti ilə Yaşıl vadi kəndinə qonaq gedəcəyik. Xatırlatmaq istəyirəm ki, bu kəndin o qədər qəribə mənzərəsi var ki, onu ancaq rəssam fırçasıyla, ya da kameranın gözüylə çəkib göstərmək gerçəkliyi tam ifadə etmiş olar. Bu gözəlliyi sadəcə sözlə demək mənə görə adamın içini bu mənzərəyə, bu reallığa sevgisini tam ifadə edə bilməz. Amma bütün hallarda sabah vətənə dönəcəyimi bildiyimdən bu yerlərə, bu doğmalara içimdın keçən duyğuları bir daha ifadə etmək istəyimdən özümü saxlaya bilmədim.


Ha baxıram göz yorulub doymur ki

Ürəyimin yanğıları soymur ki!

Vətənsizlik heç burda da qoymur ki –

Tək qalım...


Əyilmişəm ayağına, dizinə

Gözlərinə göz qoymuşam düzünə...

Dağlar, mənim şəkilimi gözünə -

Çək, qalım!..


Gün keçsə də, an ötsə də burda xoş

Al ruhumu qanadlanan ruha qoş...

Hey bellənib, hey səpilib, hey də qoş –

Lək qalım!..


Bundan artıq nə olacaq qəlbə nə

Yır-yığış et, köçüb sən də gəl, binə!

Bu şairin misrasını qəlbinə -

Ək, qalım!..


Bəli, Yaşıl vadi kəndində hər kəsə arzu edəcəyim anlar yaşayıb qayıdırıq otelə. Burda otel sahibi Gündoğdu və onunla birlikdə olan yaxını Ərhan Koca Yusif məni çaya dəvət edir. Biz çay içə-içə burda yaşadığım bu neşə günün xoş ovqatını yenidən təkrarlayırıq. Və mən təkcə onları deyil, bütün dostlarımı Tanrıya əmanət edib sabahkı yolçuluq üçün otağıma qalxıram. İki-üç saatdan sonra Əhməd gəlib məni terminala-avtovağzala götürəcək. İndidən isə ürəyimdə "salamat qal, Trabzaon!” kəlməsi göyərir.










İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK