ANA SƏHİFƏ / DÜNYA

FETÖ-nun həbs etdiyi general: Suriyaya ilk o girdi

23141    |   2019-10-16 10:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2012-ci ildə FETÖ-nun qurduğu tələyə düşərək 20 ay həbsdə saxlanılan general İdris Acartürk "Sülh çeşməsi” əməliyyatı ilə Türkiyə-Suriya sərhədini keçən ilk komandir olub.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, tezliklə ölkənin ən parlaq generallarından biri olacağı düşünülsə də, 2012-ci ildə Acartürkə qarşı FETÖ-nun əli ilə hazırlanan tələ buna mane olub. FETÖ üzvü polis, prokuror və hakimlər tərəfindən aparılan iş çərçivəsində Acartürk də daxil olmaqla, 49 hərbçi, ümumilikdə 357 nəfər mühakimə edilib. Acartürk "Pandora” adlı məlumat bazasındakı informasiyalara əsasən terror qruplaşmasına "Atmaca” və "Fırtına” adlı sənədləri ötürməkdə ittiham olunub. O, 2012-ci ilin 7 iyulunda "gizli sənədləri ələ keçirmək”, "hərbi casusluq” kimi ittihamlarla həbs edilib.

Məsələnin üstü açıldıqdan sonra 357 nəfərlə birlikdə azadlığa çıxan Acartürk 2016-cı ildə general rütbəsi alıb.

2017-ci ildə Sakaryada yerləşən 7-ci komandos briqadasına komandir təyin olunub. Sözügedən briqada 3 ay əvvəl Şanlıurfaya – sərhəd bölgəsinə göndərilib.

"Sülh çeşməsi” əməliyyatının başlanmasından sonra Acartürk komandos briqadası ilə birlikdə sərhədi keçən ilk komandir kimi yadda qalıb.(axar.az)




İmza:
SON XƏBƏRLƏR
2020-07-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK