hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YUXUSUZLUĞUN ŞEİRİ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YUXUSUZLUĞUN ŞEİRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: YUXUSUZLUĞUN ŞEİRİ

(" Özümə ..." silsiləsindən)

4991    |   2019-10-15 10:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

bu da bir gün, bir səhər
pəncərəmdə bulud var...
məni sevməyən şəhər,
yağa bilmir buludlar.

qarışıq fikirlərin
gecəsində qalmışam...
neçəsindən yan keçib -
neçəsində qalmışam...

ulduz ümid şamıdı -
axıb gedib, sönübdü.
neçə cəhdim uğursuz -
yarı yoldan dönübdü...

qızarmış gözlərimdə
dan yerini gizlədim-
inandım sözlərinə -
uşaq kimi gözlədim...

... bu da bir gün . bir səhər
nə dəyişdi . de bilim.
gün öldürdüm birtəhər -
əlim qandı , sevgilim!



İmza:
SON XƏBƏRLƏR
2019-11-12


VİDEO