hacklink Adalet.az | Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ Adalet.az | Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

10054    |   2019-10-14 16:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəstələdiyi və ifa etdiyi fərqli, maraqlı mahnılar ilə tanınan, həmçinin aparıcı kimi də öz üslubu ilə seçilən Murad Arif həmsöhbətimiz oldu.

- Prodüsser, aparıcı, bəstəkar, müğənni... Bunların hamısını bildik. Bəs təhsiliniz hansı ixtisas üzrədir?

- Beynəlxalq İqtisadi Münasibətlər.

- Təhsilinizə rus bölməsində başlayıb daha sonra Azərbaycan bölməsinə keçmisiniz. Buna səbəb nə olub?

- Səhv etmirəmsə, Əbülfəz Elçibəyin dövrü idi və o dövrdə insanlar arasında çox maraqlı və gözəl özünəqayıdış prosesi yaşanırdı. Orta məktəblərdə öz dilimizdə dəsrliklər çıxmağa başladı. "Rusçuluq”, rusçuluğa tutunmaq kimi fikirlər arxaikləşdi. O dönəmdə anam narahat olmağa başladı ki, ölkəmizdə rus dili tamamən lazımsızlaşar və mən ali təhsil ala bilmərəm. Bunun peşmanlığını çox yaşadım, çünki rus bölməsində şagirdlər arasında tamam fərqli münasibət var idi, istilik, doğmalıq, ailə abu-havası var idi. Azərbaycan bölməsində isə hər şey daha sərt idi. "Çalıquşu” filmindəki Fəridə obrazının yaşadığı kimi, öyrəşdiyim mühitdən, tamam fərqli mühitə, mədəniyyətin içinə düşmüşdüm. Sonradan o mədəniyyəti də sevdim və indi də həmin Azərbaycan bölməsindəki sinif yoldaşlarımın arasında dostluq etdiklərim var. Amma mərhumiyyətlər də var idi. İlk dəfə söyüşləri orda eşitdim.


- Xasiyyətinizə, xarakterinizin formalaşmasına necə təsir etdi bu?

- Anamın bu qərarının nəticələrini mən yaşadım. Övladlar çox vaxt valideynlərinin qərarlarının nəticəsini yaşayırlar. Bir tərəfdən yaxşı oldu ki, bundan sonra hər şəraitə, hər mühitə daha rahat adaptasiya olmağa başladım.

Məsələn, yadıma düşür, ali məktəbdə oxuyanda Bakı-Sumqayıt avtobusunda fərqli adamlarla yol gedirdim və artıq onlarla "can brat” olmuşam. Yəni mən buqələmun olmağı bacarıram, amma kimliyimə xəyanət etməyərək.

- İxtisasınız Beynəlxalq Münasibətlər idi, şou aləminə necə gəldiniz?

- Anam "Kişi nədir, artist nədir?!” dedi deyə bu ixtisası seçdim. Mənim uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Hər iki bacım musiqi məktəbini bitirib, amma mənə icazə vermədilər. Dedilər get bank işçisi ol, menecer ol, əlin pulla oynasın.

- Oynamadı?

- Oynadı! Amma iqtisadiyyatdan yox, artistlikdən oynadı! (gülür)

- Prodüsserliklə başladınız, ya necə?

- Xeyr. 2001-ci ildə "Space” radiosunda DJ-lik, sonra TV aparıcılığı, prodüsserlik (Ayaz, Elton, Xəyyam) və nəticədə mahnı müəllifliyi. Mən yazdım, hamı oxudu, mahnılarım "hit”ə çevrildi, tutdu və günlərin bir günü dedim ki, qoy arıqlayım, özüm də oxuyum da.

- Bu 4 sahədən hansını daha çox sevirsiniz?

- Bu sualı 2-3 il qabaq versəydiniz, düşünmədən müğənnilik deyərdim. İndi müğənnilikdə məqsədimə çatıram deyə "Popumuz var” verilişi daha çox dəyərlidir. O verilişin mopntajçısı da, operatoru da, işıqçısı da, ssenaristi, redaktoru, aparıcısı da özüməm. Yəni hansısa telekanalda 15 adamın ştatla gördüyü işi tək başına edirəm və 15 ildə apardığım heç bir verilişdən almadığım reaksiyanı məöhz elə bu verilişdən görürəm. Hal-hazırda "Popumuz var” ölkənin ən əsas media layihəsidir.


- Kanallardan niyə imtina etdiniz?

- Çünki mən aparıcısı olduğum verilişlərə tamaşaçı gözüylə baxdım və gördüm ki, mənə bu verilişlər maraqlı deyil və bir tamaşaçı kimi mənə nəyin maraqlı olduğunu düşündüm. Yuri Dudun sırf "Youtube” üçün hazırladığı verilişlərdən də ilhamlanaraq "Popumuz var” verilişini yaratdım.

- İndi müğənnilər niyə əvvəlki kimi qalıcı şöhrət və sevgi qazana bilmirlər? Bir anlıq parlayıb sönürlər. Məsələn, indi heç kim Faiq Ağayev ola bilməz.

- Sizin bu fikrinizdə Faiq Ağayevin möhtəşəmliyinə və əvəzolunmazlığına eyham var və mən bununla mübahisə edə bilmərəm, amma istəyərdim ki o möhtəşəmliyin nədə olduğunu mənə izah edəsiniz.

- Bu möhtəşəmlik özünü insanların sevgisində biruzə verir. Onların fanat kütləsi, heyranları, pərəstişkarları oldu, amma indiki müğənnilərdə bu olmur.

- Bu həmin sənətçilərin möhtəşəmliyindən çox, dövrlərin fərqləri ilə bağlı olan bir şeydir. Onu deyim ki, həmin sənətkarlar indiki dövrdə sənətə gəlsəydilər, onlar üçün də çətin olardı. Çünki o vaxt elə idi ki, sənətçinin çıxışında ekskluzivlik yarana bilirdi. Medianın azlığı, mediadakı "şou” vaxtının azlığı o sahəyə marağı da artırırdı. İndi isə həm media vasitələrinin çoxluğu, internet, sosial şəbəkələr həmin qalıcı ajiotajın yaranmamasına səbəb olur. Bir də ki yenilik çox vacib məsələdir. Yeni nəsə, fərqli nəsə mütləq olmalıdır. Keçilmiş cığırlarla gedərək o reaksiyanı yaratmaq olmaz.

- Sizcə, sizdə bu fərqlilik, yenilik var?

- Yox. Etiraf edirəm ki, onlar qədər inqilabi yeniliyə malik deyiləm. Amma... Faiq Ağayev də, Zamiq də, Rəhim Rəhimli də, mən də, eyni vaxtda, təxminən 1988-də, əlimizdə olanlarla səhnəyə çıxsaydıq, mənzərə necə olardı? Bunu heç kim deyə bilməz. Dövrün diqtə etdiyi gerçəklər var. 1980-ci illərin sonunda gələn Faiq Ağayev, Aygün Kazımova, Samir Bağırov, "Karvan” və digərləri özlərindən əvvəl olanları təkrarlamadı. Mən isə heçnəyi dəyişmədim. 10 il qabaq başqalarına yazdığım mahnıları özüm üçün yazıb oxumağa başladım.

Digər məsələ də həmin dövrün bəstəkarları idi. Eldar Mansurov, Mikayıl Vəkilov, Cavanşir Quliyev, Vaqif Gərayzadə kimi nəhəng bəstəkarlar var idi və onlara xarizmatik, oxuyan, gənc personajlar lazım idi.

Bəhs etdiyiniz inqilabda payı olan adamlar, 18 yaşlı təcrübəsiz cavanlar yox, onları yönəldən bəstəkarları unutmamalıyıq. Hansılar ki, özlərindən əvvəlki qəlibləri MUSİQİLƏRİ ilə sındırırdı. Onlara da, sadəcə həmin gənclərin timsalında istedalı və həvəsli material lazım idi...

88-də Gərayzadənin 27, Mansurovun 36, Quliyevin 38.. Sovet məktəbi üzərində formalaşmış, kifayət qəfər yetkin, təcrübəli adamlar idi. Formalaşmış dövrün düzənini dəyişmək vaxtı idi. Ölkə dəyişirdi... belə olan halda, İctimai-siyasi cərəyanların musiqiyə gəlməməsi, absurddur. Siz musiqi zövqlərinin, ölkədəki proseslərdən ayrı tutmayın. Bu bəstəjarların sayəsində də bu inqilab musiqidə baş verdi. Bu gün nə, niyə və necə baş versin? Dərinə baxın, dərinə gedin. Əgər Kino rejissor sənətidirsə, musiqi də bəstəkar sənətidir. Aktyorlar və müğənnilərlə olmur. Mphtəşəm səsli bir Elnur Hüseynovu götürün... Dillərə əzbər olan ŞLYAGER yazılmayınca, ondan Faiq, Aygün, Zülfiyə necə alınacaq?

- Siz yenilik edə bilməzsiniz?

- Zamanında müəllifi olduğum "Almalarınla”, ya da "Ay qız, oyan” mahnıları özüm oxusaydım, ajiotaj yaratmış olardım.


- Mahnılarınızı ən ucuz neçəyə satmısınız?

- İldən ilə fərq var da. 2004-cü ildə 1500-2000 manata satmışam. Axırıncı dəfə Röyaya satmışam, amma onun deyilən qiyməti ilə əsl qiymət arasında fərq var deyə açıqlamayacam. İndi isə məndən mahnı istəsələr, 9-10 min manat deyərəm, amma satmaq fikrim yoxdur.

- İnsanların ədəbiyyatı bir kənara qoyub mahnılara qurşanmağını necə qarşılayırsınız?

- Əlbəttə ki, pis. Kitab oxumaq mütləqdir, vacibdir. Kitab barədə saatlarla danışaram. Uşaqlıqdan ədəbiyyatla böyümüşəm. Kitab oxunulmayan cəmiyyətdən heç nə gözləmək olmaz, amma biz "manıs”ların kontekstindən baxanda, əcəb edirlər, yaxşı edirlər! (gülür)

Söhbətləşdi: Ulucay Akif




İmza:

Ağsaqqal və ağbirçək məsləhəti hər zaman önəmlidir - MÜSAHİBƏ

Ermənilər Alban məbədini necə taladılar - VİDEO

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK