hacklink Adalet.az | Milli birlik varsa qələbə də olacaq Adalet.az | Milli birlik varsa qələbə də olacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Milli birlik varsa qələbə də olacaq

11674    |   2019-10-15 09:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

PYD-YPG terrorçularına qarşı Azad Suriya Ordusu ilə Türk ordusunun birgə həyata keçirdiyi və 6 gündür davam edən "Sülh Çeşməsi” əməliyyatı zamanı bölgənin iki şəhəri və yetmişə yaxın kəndi terrorçulardan təmizlənib. Xatırladaq ki, bu hərbi əməliyyatlar təkcə Türkiyənin yox, elə Avropanın təhlükəsizliyi baxımından da olduqca böyük əhəmiyyət kəsb eləyir.

Avropa Birliyində ciddi dartışmalara və bəzi hallarda böhrana səbəb olan qaçqın problemınin çözülməsi yolunda Türkiyə çox mühüm rol oynayır. Bu problem bir çox Birlik ölkələrindəki siyasi qüvvələr nisbətini də xeyli dəyişib və dəyişməkdədir. Sağ, ifrat sağ, millətçi və bu qəbildən olan çoxsaylı siyasi təşkilatların, yaxın tarixdə dünyanı, birici növbədə elə Avropanın özünü artıq bir dəfə cəhənnəmə çevirmiş faşistlərə rəğbətini gizlətməyən qüvvələrin getdikcə fəallaşması, seçkidən-seçkiyə öz mövqelərini möhkəmlədirməsi də bölgəni bürüyən qaçqın axınıyla bağlıdır.

Hazırda Avropaya doluşmaq üçün fürsət gözləyən daha 3-4 milyon qaçqının qarşısını kəsən yeganə dövlət Türkiyədir. Yəni, məntiqlə Türkiyənin təhlükəsizliyi elə birinci növbədə Avropanın təhlükəsizliyidir. Odur ki, "Sülh Çeşməsi” əməliyyatını topa tutan Qərb dövlət başçılarının və siyasətçilərinin aqressivliyini, yumşaq desək, başa düşmək çətindir.

Hərçənd, onların arasında da vəziyyəti düggün qiymətləndirənlər var. Məsəslən, AB-nin üzvü olan Bolqarıstanın baş naziri Boyko Borisov deyib: "Brüssel bu aqressiv mövqeyindən əl çəksin. Brüssel uzaqda, Türkiyə sərhəddisə bizim böyrümüzdə. Türkiyədə dörd milyon qaçqın hazır durub. Bizim türklərlə yaxşı qonşuluq əlaqələrini tənzimləyən müqviləmiz var və bu müqaviləyə ciddi əməl olunur. Hazırda sərhəddə qaçqın axını sıfırdır. Yeni köç dalğasıyla üzləşmək, yeni qaçqln düşərgələri salmaq niyyətimiz yoxdur.” Baş nazir sözünə davam edərək deyib ki, çərşənbə günü gerçəkləşdirəcəyi Brüssel səfəri zamanı AB liderləriylə bu məsələ barədə danışacağını, Türkiyəyə yönəlik iradlarının yalnız diplomatik yollarla çözülməsinin vacibliyini onların nəzərinə çatdıracağını bildirib. Bəs onlar, necə, Borisovun dediklərini nəzərə alacaqlarmı? Çətin sualdır.

Baş nazir vəziyyəti düzgün qiymətləndirsə də, qaçqınların Brüsselin sərhədlərindən uzaqda olması məsələsində yanlışlığa yol verib. Çünki zəmanə qaçqınları da artıq sürət əsrinin tələblərinə uyğun hərəkət etməyə alışıblar.

Avropa öz yerində, hardasa onları başa düşmək olar. Görünür, aradan bir əsrlik vaxt keçsə də Osmanlı xofu hələ də canlarından çıxmayıb. Bəs, Qətər istisna olmaqla digər ərəb ölkələri niyə təlaşa düşüb, anlamaq olmur. Özü də həmin ölkələrin mütləq əksəriyyəti heç vaxt Bəşər Əsəd rejimiylə yola getməyib. Üstəlik, aralarında elələri də var ki,PKK-PYD-YPG terror təşkilatından elə Türkiyənin özü qədər ziyan çəkib.

Hələ Fələstinə bir bax. Bu da on illərdir ki, elə onun ucbatından dünyayla düşmən olan Ərdoğanın mükafatı.

Ümumiyyətlə, Azərbaycan, Pakistan və Qətərdən başqa heş bir müsəlman ölkəsi Türkiyənin yanında olduğunu bəyan etməyib, hamısı özlərini Əsəd və PKK yanlısı kimi aparır. Əslinə qalsa, onlar nə Suriyanın, nə də PKK-PYD-YPG-nin yanındadırlar. Hamısı Qərbin çaldığı zurnaya oynayırlar. Bunu, sözgəlişi, müsəlman birliyi ideyasının tərəfdarlarının menyusu üçün yazdıq.

Qaldı türk dövlətləri. Burda da durum acınacaqlıdır. Azərbaycandan başqa hamısı səslərini içinə salıb dayanıb. Heç onlar da Suriyan və PKK aşiqləri deyillər. Onların qibləsi hələ də özlərindən şimalda yerləşir. Ancaq şimal ayısının adətinə xilaf çıxaraq özünü bu qədər təmkinli aparmasına, hətta ABŞ-la çiyin-çiyinə verib BMT-də Türkiyə əleyhinə yönəlmiş qərar layihəsinə veto qoymasına baxmayaraq, nə yazıq ki, bu türk qardaşlar yenə də cınqırlarını çıxamağa özlərində güc tapmırlar. Bunu isə göndərək Böyük Turan aşiqlərinin menyusuna.

Quzey Kıbrız Türk Cümhuriyyətində isə günah yoxdur. "Günah” bu əl boyda yerdə "cümhuriyyət” deyə gurultulu bir şey qayıranların özlərindədir.

Ən böyük təsəlli elə Türkiyənin özüdür. İndi müxalifətli iqtidarlı ölkə yumruq kimi birləşib. Türk əsgərinin dayağı da, gücü də elə bu birlikdədir. Müxalifət partiyaları da, müxalif media da bu məsələdə hökumətin yanındadırlar. Bu günlərdə Ərdoğanın ən sərt tənqidçiləri olan bir neçə jurnalist prezidentə müraciətlə "arxandayız” deyə yazdılar. Ən maraqlısı bu deyildi. Ən maraqlısı o idi ki, hazırda ölkədəki bütün növ medianın mütləq əksəriyyətini öz nəzarətinə almış prezident bu dəstəyə barmaqarası baxmadı, daim düşmən mövqeyində olduğu, hətta bəzilərini fasiləsiz məhkəmə dartışmalarıyla təngə gətirdiyi həmin jurnalistlərə dəstək üçün təşəkkürünü bildirdi.

Dövləti çətin sınaqlardan üzü ağ çıxardan ən əsas amil milli birlikdir. Milli birlik varsa, Türkiyə bütün sınaqlardan, o cümlədən indi üz-üzə qaldığı terror sınağından da qalib çıxacaq.

Demokratayının ən böyük qarantı bir-birinin qanına yeriyən tərəflərin lazımi anda bir-birlərinə qucaq açmağı bacarmasıdır. Siyasətçilər və yazarlar bu çətin günlərdə bir-birlərinə qucaq açmağı bacardılarsa, deməli, son vaxtlar tez-tez səslənən bəzi bədbin proqnozlara rəğmən Türkiyədə demokrasi bitməyəcək.


Sübhan Mahmudov




İmza:

Ziyad Səmədzadə: ““Kölgə iqtisadiyyatı”na qarşı mübarizə öz nəticələrini verir”

Oqtay Əsədov: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir

Baş Nazir Əli Əsədov Milli Məclisə gəldi

Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib

Azərbaycan AŞPA-nın komitə iclaslarında təmsil olunacaq

Ukraynanın Xarici İşlər naziri Azərbaycana gələcək

Konstitusiyamız və milli ideologiyamız

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

Şuhrat Barlas: Yerevanda nasistlərə heykəl qoyurlar və sülh haqqında yalan təbliğat yayırlar

Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

SON XƏBƏRLƏR
2019-11-12


VİDEO