ANA SƏHİFƏ / GÜNDƏM

İlham Əliyev və Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

4963    |   2019-10-14 14:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Adalet.az-ın məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.

Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik etmişdir.

Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır.

Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. "Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil etmişlər.

Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanmışdır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.

Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülmüşdür.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu həmçinin Əli Əsədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Ceyhun Bayramov, Akif Əlizadə, İsa Həbibbəyli, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Teymur Kərimli və Elçin Babayev də imzalayıblar.




İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

Metronun bağlanmasının səbəbi açıqlandı

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib

BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi

Bu gün BMT Baş Assambleyasının xüsusi sessiyası keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparılmış auditinin nəticələri açıqlanıb

Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi

COVİD-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatı açıqlandı

İki Emin, bir Korona - Kim haqlıdır?

Rusiya sərhədində qalan beş uşaq və bir hamilə qadın bu gün Azərbaycana qayıdıb

SON XƏBƏRLƏR
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK