ANA SƏHİFƏ / GÜNDƏM

Əgər şagird burdan-bura məktəbə gedə bilmirsə, Çinə necə getsin? - Eminquey yazır

13626    |   2019-10-14 14:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz adətən avtobus sürücülərindən şikayətlənirik ki, avtobusu sürərkən özlərini Şumaxer kimi aparırlar. Bəzi avtobus sürücülərini ümumiyyətlə elə bil, türmədən bu dəqiqə çıxarıb gətirmisən. Bəziləri isə özlərini Roma cəngavərləri kimi hiss edirlər. Amma bu dəfəki şikayətimin məzmunu bir az məsumdur, uşaqcadır.

Özümün də rast gəldiyim, amma nədənsə yazmağı unutduğum bir hadisəni dostum Elçin Ağazadənin paylaşımından oxudum. Səhər-səhər məktəbə gedən iki şagirdi 88 nömrəli avtobusun sürücüsü kartı olmadığına görə avtobusa minməyə qoymayıb. O məsum gülüşlü uşaqlar da yamanca pərt olublar. İndi deyərsiniz ki, valideynləri o uşaqların cibinə niyə kart alıb qoymayıb? Mən də deyirəm ki, bəlkə həqiqətən valideynlərinin pulu yoxdur? Yaxud da ki, qoy pulları olsun, axı niyə məktəblilərdən pul alınmalıdır dərsə getdiyinə görə?

Məsələn, 6 yaşına çatmamış uşaqlardan gediş haqqı alınmır. Buna söz yox. Gözəldir. Danmırıq, inkar etmirik. Amma elmə tələsən, öyrənməyə qaçan uşaqlardan yol pulu alınmasa gözəl olmazdımı? Onsuz da məktəb xərcləri kifayət qədərdir. Bunun geyimi var, dəftəri, çartı-çurtu, yemək-içməyi var. Hələ mən fond pullarını, bayramlardakı hədiyyələri və s. bu kimi xərcləri demirəm. Yəni bu qədər xərc içrə o uşaqları yol pulundan azad etmək nəmənə şeydir ki? Yol pulundan qazancın azalacaq, amma savadlı gənclər çoxalacaq əvəzində. Baxın, bu gün o uşaqlar avtobusa minə bilmədiyinə görə aydındır ki, dərsə gecikdilər. Dərsə gecikdilərinə görə də sinif yoldaşlarından geridə qaldılar. Bu da həmin uşaqların dərslərində axsamağına səbəb oldu. Əgər məktəblilər üçün gediş haqqı ləğv olunsa, hesablayaq görək nə qədər xərcdən azad ola ailələr. Bir uşağın əgər məktəbə getməyi bir marşrutla həyata keçirsə, gediş və gəliş üçün gündə 60 qəpik, ayda isə 15 manata yaxın pul lazımdır. Nəzərə alsaq ki, yolu uzaq olanlar var, bu məbləğ iki-üç qat artır. Yenə nəzərə alsaq ki, ailədə iki-üç uşaq var, bu məbləğ dörd-beş qata çıxır.

Bizdən qabaqkı nəsil, yəni Sovet insanları bu cür güzəştlər görmüş nəsildirlər. Onlar hər zaman universitetdən, məktəbdən SSRİ-nin müxtəlif istirahət mərkəzlərinə, şəhərlərinə göndərildiklərini danışırlar.

İndinin özündə qonşumuz, qardaş ölkə Türkiyə də tələbələrə, şagirdlərə bu cür endirimlər var. Məsələn, istənilən tələbəyə müəyyən yerlərdə, kinoteatrlarda, nəqliyyatda, teatrlarda, muzeylərdə, hətta alış-veriş mərkəzlərində belə endirimlər var. Kiprdə oxuyan tələbələr üçün təyyarə biletlərində 15 faiz endirim var.

Bəzi ölkələrdə dövlət hər bir tələbəyə kompensasiya ödəyir. Tələbələr bu kompensasiyaların hesabına nəqliyyatın və digər şeylərin pulunu öz ciblərindən ödəmirlər.

Elə bizdə də bu cür kompensasiyalar mövcuddur. Məsələn, məcburi köçkünlərə ayda əlavə çörək və kommunal ödəniş üçün 60 manat pul verilir. Bəs, yaxşı, nə üçün bizdə o kompensasiyadan tələbələr, şagirdlər üçün yoxdur?

Rayonlardan şəhərə oxumaq üçün gələn gənclər bilirsinizmi nə qədər əziyyət çəkirlər? Ev kirayəsinə pul ödəmək üçün məcbur olub dərsdən sonra işləməli olurlar. Ki, bu da tələbə üçün çox ağır həyat tərzidir. Niyə yataqxanaların sayı azdır? Elə təhsil mərkəzləri var ki, yataqxanalarını pulludur.

Bu yaxınlarda BDU ilə üzbəüz bir dönərçidə bir elan gördüm:

- Bir dönər alan tələbəyə biri də pulsuz.

Tələbə biletini göstərirsən, vəssalam!

Özəl sahibkarın bu addımı alqışlanmalı deyilmi?

Bütün bunları aradan qaldırmaq üçün bir təklifim var. Universitetlər tələbələrin oxumaq üçün ödədikləri pulun cüzi bir qismini tələbəyə qaytarsınlar. Yəni elə bir məbləğ qaytarılsın ki, tələbə o pulla ev, yol pulu, yemək pulu dərdi çəkməsin. Dövlət hər bir şagirdə aylıq müəyyən məbləğdə, lap elə məsələn, minimum götürsən 60 manat civarında kompensasiya ödəsin.

Gözəl olmazdımı?

Bəs yaxşı, "beşikdən qəbr evinə kimi öyrənin” deyimini sinif otaqlarından asmaq nəyə lazım? Yaxud "elm Çində də belə olsa, gedin” deyib müdrikanə baxışlarla tələbəyə, şagirdə ağıl vermək nəyə lazım?

Əgər şagird burdan-bura məktəbə gedə bilmirsə, Çinə necə getsin?




İmza:Eminquey

Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi “Kitab sovqatı” aksiyası keçirib

BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bəyanat yayıb

Milli Məclisin fəaliyyəti ilə bağlı veriliş yayımlanacaq

“Ekologiya postu” sökülür

Birinci vitse-prezident Mehriban Əliyevadan 1 İyun təbriki

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

Azər Sarıoğlu, guya ictimailəşdirmədin?!

Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

SON XƏBƏRLƏR
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK