hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SƏHƏR DUASINA P.S. Adalet.az | Əbülfət MƏDƏTOĞLU: SƏHƏR DUASINA P.S. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: SƏHƏR DUASINA P.S.

(" Bir qadına..." silsiləsindən)

4975    |   2019-10-14 10:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu da bezibdi məndən
Boylanmır , gözümə tərəf...
Yalvarıb çəkə bilmirəm -
Allahı özümə tərəf!

Kədərim indi dən - dəndi
Ahımla duam tay təndi...
Gözün dibindəki çəndi -
Əyilib üzümə tərəf!

İçində gedirsə döyüş
Yastığın nəm üzün dəyiş...
Yorulsan - demə bu nə iş?-
Çevril sən dözümə tərəf!..

Ocağı özün çatarsan
Şipşirin yuxu yatarsan...
Hərdən bir odun atarsan -
Tüstülü közümə tərəf....




İmza:
SON XƏBƏRLƏR
2019-11-12


VİDEO