hacklink Adalet.az | Qarabağ icmasından qondarma forumla bağlı bəyanat Adalet.az | Qarabağ icmasından qondarma forumla bağlı bəyanat Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Qarabağ icmasından qondarma forumla bağlı bəyanat

10842    |   2019-10-10 17:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev 11 oktyabrda Azərbaycanın işğal altında olan ərazilərində "Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forumun keçirilməsi ilə bağlı bəyanat yayıb.

İcmadan verilən məlumata görə, bəyanatda bildirilir ki, forumun əsas məruzəçiləri Azərbaycanın işğal altında olan ərazilərində yaradılan xunta rejiminin nümayəndələri olacaq və orada əsasən iki qondarma mövzu "artsax xalqının öz müqəddaratını təyin etmək hüququ” və "münaqişənin sülh yolu ilə tənzimlənməsi və artsaxın beynəlxalq əlaqələrinin artırılması imkanları” müzakirə olunacaq.

"Ədalət hissindən uzaq, özünün destruktiv mövqeyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə əngəl olan rəsmi İrəvanın "ədalət və sülh naminə əməkdaşlıq”dan danışmağa nə dərəcədə haqqı çatır? Ermənistan "sülh naminə əməkdaşlıq” məsələlərinə hansı töhfələr verib? Yaxşı olardı ki, Ermənistan ədalətdən yox, özünün ədalətsizliyindən, "sülh naminə əməkdaşlıq”dan deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirələrə çıxarardı.

Onda dünya Ermənistanın səmimiliyinə daha çox inanacaqdı. Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bəyan edirəm ki, işğal altında olan ərazilərimizdə belə bir qondarma forumun keçirilməsi Ermənistanın və xunta rejiminin özünün işğalçılıq əməllərini legitimləşdirmək məqsədi güdür. Həmçinin "artsax əhalisinin öz müqəddaratını təyinetmə hüququ” gülünc doğurur. Bu forum Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlıları qətlə yetirərək, etnik təmizləmə aparan Ermənistanın "öz müqəddəratını təyin etmək prinsipi” adı altında növbəti oyunudur. Forum, ədalət və sülh naminə əməkdaşlığa deyil, işğala və etnik təmizləməyə bəraət qazandırılmasına xidmət edir”, - deyə bəyanatda qeyd olunub.




İmza:

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

“YAP-ın namizədlər siyahısında yeni simalar olacaq” - Əli Əhmədov

İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi

Vasif Talıbovdan sərəncam - Onların maaşlarını 50 faiz artırdı

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK