ANA SƏHİFƏ / SİYASƏT

Pənah Hüseyn Firudin Cəlilovu “topa tutdu”

“Yalan deyir, testi o gətirməyib... Elçibəy demişdi Firudini gözüm görməsin”

12285    |   2019-10-10 11:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn professor Firudin Cəlilovun test üsulunun ölkədə tətbiqinin banisi olması barədə dediyi sözlərə görə sərt tənqid edib.

Azpost.infobildirir ki, sabiq Baş nazir bu müsahibəni "yaramaz” adlandırıb və F. Cəlilovu yalan danışmaqda ittiham edib.

"Firudin Cəlilovun müsahibəsi barədə bayaqdan dalbadal zənglər gəlir. Tapdım. Oxudum. Təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar?
Özünün dediyinə görə Firudin müəllim ildə bir neçə dəfə ürək əməliyyatına girir. Bəlkə anasteziyanın təsirindən hələ çıxmayıb?

Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və təhsil nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan,TQDK- nın yaradılması ideyasıda,rəsmi göstərişlər də Elçibəyə məxsusdur və AXC- nin seçki platformasına daxil idi.F. Cəlilovun güya bu məsələ ətrafında Prezidentlə dava etməsi, məni F. Cəlilovu aidi məsələlərə razı salmaq üçün onun yanına göndərməsi isə sadəcə gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər”. 

P.Hüseyn deyib ki, Firudin Cəlilov ümumiyyətlə prezidentin qəbulunda heç bir dəfə də olmayıb: "Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı bir şərtlə ki, F.Cəlilov onun gözünə görünməsin və səninlə işləyəcək. Bunu ki hamı bilir! Mənim Firudin müəllimin yanıngedib gəlməyimə isə onun mən hansı kabinetlərdə oturduğu bir yana qalsın, heç hansı mərtəbələrdə kabinetinin olduğunu da bilməmişəm.Çünki, buna ehtiyac olmayıb” .

Eks- baş nazir deyib ki, F. Cəlilovun dediklərində bir şey düzdür. O da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı: "Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini F.Gəlilov irəli sürüb.Əslində bu dəqiq deyil.Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bu bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi.Müəyyən narazılıqları vardı. Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki,güya Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idimi ki,onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəlimə hörmətlə yanaşmışam.Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman -zaman demişəm ki,bu doğru olmayan söhbətləri qurtar.Hər kəs olduğu və durduğu yerdə böyükdür.Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf”.




İmza:

Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb

Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI

Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Tahir Rzayev: “Prezident keçmişimizlə bağlı hadisələrə həssas yanaşmağı tövsiyyə edir”

İqbal Ağazadə Prezidentə müraciət etdi

Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı

Siyavuş Novruzov: Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar

İsgəndər Həmidov: ““Ağdərə-Kəlbəcər yolu açılanda Surət qoşunları geri çəkdi, guya tankları Gəncəyə təmirə aparırdı”

Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI

“Məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın təhlükəsizliyinin təminatına yönə

SON XƏBƏRLƏR
2020-06-06
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK