hacklink Adalet.az | Qarabağ separatçısı Paşinyanı ölümlə hədələdi Adalet.az | Qarabağ separatçısı Paşinyanı ölümlə hədələdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Qarabağ separatçısı Paşinyanı ölümlə hədələdi

18219    |   2019-10-09 16:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin "Milli Təhlükəsizlik Şurasının” keçmiş katibi Vitali Balasanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı və Sasna Çrer terrorçularını fiziki məhv etməklə hədələyib.

Adalet.az Oxu.az-a  istinadən xəbər verir ki, V.Balasanyan Paşinyanı hakimiyyətə Qərbdəki "məşhur mərkəzlər”in gətidiyini bildirib.

"Elə onlar da Paşinyanı idarə edir və nə etməli olduğu barədə göstərişlər verirlər”, - deyə V.Balasanyan qeyd edib

Balasanyan 2016-cı ildə İrəvanda post-patrul polisi alayının binasının Sasna Çrer terrorçuları tərəfindən ələ keçirilməsini xatırladıb. Onun sözlərinə görə, Paşinyan binanın ələ keçirilməsindən sonra başlayan etirazları idarə etməyə cəhd göstərib.

O, Paşinyanın bu yaxınlarda Sasna Çrer partiyasının liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla baş nazirin iqamətgahında görüşdüyünü bildirib. Söyləyib ki, bu görüş başqa cür düşünənlərə qarşı təzyiq cəhdidir.

"Nikol Paşinyan hamını, o cümlədən, məni qorxutmağa çalışır. O, özünün döyüşkən qanadının olduğunu mesaj verir. Demək istəyir ki, bir barmağının işarəsi ilə bizimlə fiziki haqq-hesab çəkərlər”, - deyə V.Balasanyan əlavə edib.

Qarabağ separatçısı Paşinyana və Sasna Çrerə xəbərdarlıq edib ki, belə söhbətlərə girişməsinlər, əks təqdirdə onlara cavab veriləcək:

"Paşinyan və onun tərəfdarları qorxaqdırlar. Biz 2016-cı ildə o terrorçuları bağışladıq, öldürmədik. Ancaq indi bəyan edirəm ki, mənə, xalqımıza, dövlətimizə qarşı təxribat həyata keçirməyə cəhd göstərsələr, hamısını fiziki olaraq məhv edəcəyik”.



İmza:

Diyarbəkirdə etiraz aksiyası keçirən analardan daha biri övladına qovuşub

Çexiyada xəstəxanada atışma: Ölənlərin sayı 6-ya çatdı

Rusiya bütün idman yarışlarından kənarlaşdırıldı

Finlandiyanın 34 yaşlı yeni Baş naziri

Qadınlarla bağlı daha bir qadağa ləğv olundu

Altun: “Türkiyənin sərhədləri NATO-nun sərhədləridir”

Çavuşoğlu ATƏT-in iclasında: “Qarabağ münaqişəsi həllini tapmalıdır”

Türkiyə Müdafiə Nazirliyi açıqladı - 22 günahsız vətəndaşımız öldürülüb, 189 nəfəri yaralanıb

HAKİMLƏR DÖVLƏT ÇEVRİLİŞÇİSİNƏ 3343 İL ÖMÜR ARZULADI

Norveçdə Rusiyaya məxsus gəmi yanıb

İranda qripdən ölənlərin sayı 56 nəfərə çatıb

Fəxrəddin Altun: “Ölkəmizin NATO müttəfiqlərindən əsas gözləntisi..."

SON XƏBƏRLƏR
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK