hacklink Adalet.az | Ələvilərin yarasını qaşımayın - Ümit Zileli Adalet.az | Ələvilərin yarasını qaşımayın - Ümit Zileli Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ələvilərin yarasını qaşımayın - Ümit Zileli

5203    |   2019-10-04 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yavuz Sultan Səlim tarixin yazdığı ən qəddar, ən böyük ələvi düşməni padşah idi. Yavuzun məsləhət aldığı adam isə İdris Bitlis idi. Osmanlının özünü cənubda təhdid edən Səfəvi dövlətinə qarşı strateji inkişaf etdirməyi lazım idi. Şah İsmayılın lider olduğu Səfəvilər Türk və Ələvi idi. Bu halda strategiya bəlli idi:

- Osmanlı torpaqlarındakı türkmən ələvilər maksimum dərəcədə pislənəcək, təhqir olunacaq, lazım gələrsə, yox ediləcəkdi.

Elə də oldu. Ələvilər haqqında ağılasığmaz dedi-qodular yayıldı, həm də din adamı cildində padişah xidmətçilərinin başını çəkdiyi qaragüruh tərəfindən. Atılan şərlər yüz illər boyu birə-min şişirdilərək çoxaldıldı. Məsələn, Qanuninin şeyxülislamı Əbu-Suud, "dinsiz”, "yaşamağı caiz deyil” deyə şərh etdiyi ələvi türklərini öldürməyin müsəlmanların vəzifəsi olduğunu belə dedi.

İllər əvvəl yazdığım yazıdan bir hissəni paylaşmaq istəyirəm.

Buyurun, oxuyun, əcdadımızı tanıyın!..

Yüz illərdir davam edən çilə…

Osmanlı kim idi? Osmanlı – türk idi. Bəs, yaxşı, türklüyü qəbul edirdimi? Yoxsa boş verin qəbul etməyi, tam əksinə dərin bir diksinmə və alçaltma ilə rədd edirdi?

Bu sualları dürüst, heç nala-mıxa vurmadan və dəlillərlə cavablamaq lazımdır.

Necip Mirkelamoğlu "Atatürkçü Düşüncə və Tətbiqetmədə din və layiqlik” adlı kitabında bunları yazır:

- Osmanlı dövlətini quran, başlanğıcından sonuna qədər uğrunda can verib qan axıdaraq hər türlü maddi və mənəvi fədakarlıqlarla əsrlərlə onu çiyinlərində daşıyan özbəöz türk xalqıdır. Nə var ki, eyni sözləri padşahların, sədrəzəmlərin, vəzir, üməra və üləmanın, saray aristokrasiyasının, qapıqulu tayfasının əksəriyyəti üçün deməyimiz mümkün deyil. Xüsusilə Fatehdən sonra "Mən türkəm” deyən bir padşah səsi eşidilməyib. Bu aristokrat zümrə türk xalqını yalnız can, qan və mal vergiləri üçün xatırlamış, bunun xaricində türk olmağı bir təhqir, alçaltma və utanc saymışlar.

Qıcıq yaratmırmı? Amma bununla da bitmir. Yavuz Sultan xəlifəliyə başladığı 1517-ci ildən isə ərəblər Osmanlının göz bəbəyi məqamına yüksəlir. Bu tarixdən sonra ərəb irqinə "Qövmü-nəcib” (əsl qövm), ərəblərə də "Nəsli-nəcib” (soylu nəsil) deyirdilər.

Bəs, yaxşı, türklər? Onların vəziyyəti isə çox pis idi. Onlara yaraşdırılan sifət "Ətrak-ı-bi idrak”, yəni başdanxarab. Yavuz Çaldıran savaşından əvvəl Səfəvi hökmdarı Şah İsmayıla yazdığı məktub hansı xitabla başlayırdı, bilirsinizmi?

- Ey eşşək türk!

Hüsnü Mərdanoğlunun "Atatürkçü Düşüncənin dünyəviliyi” adlı kitabından bəzi kədərli örnəklərlə davam edək:

"Bir Osmanlı şairi olan Nefi "Allah türkə irfan çeşməsini qadağa edib” demişdi. Divani-Humayun yazarlarından biri olan Hafiz Əhməd Çələbi 1499-cu ildə şeirində "türkü atan da olsa öldür” nəqarətini yazmaq bir yana, üstəlik bunu fikrin Hz. Məhəmmədə aid olduğunu iddia edir.

"Nəbadə türkü insan sayasan. Bir an belə olsa türklə birlikdə olma. Türk əlinə şəkər alsa, o şəkər zəhər olar. Türkün başını kəsərkən qəti qəm yemə. Türk atan da olsa, öldür”.

Osmanlı tarixçisi Naima "Tarix” əsərində türklərdən danışarkən "nadan”, yəni kobud, idraksız, hiyləgər türk ifadələrini işlədib.

1912-ci ildə Səbilülrəşad dərgisində çıxan bir yazıda türk kəlməsinin işlədilməsi dinsizlik, kafirlik sayılırdı. Əhməd Naim 1913-cü ildə "İslamda Dəvai- Qövmiyyə” adlı kitabında "türkün keçmişini bilməyinə və öyrənməsinə lüzum yoxdur, lazım olan şəriəti öyrənməkdir” deyirdi.

Nümunələr çoxdur, minlərlədir.

Falih Rıfqı Atay "Süqut illəri” adlı əsərində uşaqlıq illərində türk kəlməsinin qadağan olunduğunu, vətən sözünün qadağan olunduğunu, Bəyoğluda dükanlardan çoxunun türkcə danışana heç nə satmamasının buyurulduğunu yazır. Ziya Gökalp isə "Türkçülüyün əsasları” adlı kitabında idarə edənlərlə türk xalqının arasındakı dərin uçurumdan belə danışır:

- Osmanlı idarəçi sinfi özünü milləti-hakimə (yuxarı millət) surətində görür, idarə etdiyi türklərə milləti-məhkurə ( aşağı millət) nəzərilə baxırdı. Osmanlı türkə daima "eşşək türk” dedi.

Bu gün bir qrup çevrələrin böyük bir ikiüzlülüklə bağırdıqları "əcdadımız” dedikləri Osmanlının türkə, ələviyə baxışı belədir! Cümhuriyyətə Osmanlı heyranlığı isə göz önündədir.

Bursada alçaqcasına provakasiya!

İllər əvvəl yazdığım bu yazıdakı misalları uzada da bilərəm. Türkmən ələvilər Cümhuriyyətlə birlikdə bir az da olsa nəfəs ala bildilər.

Ələvi Cümhuriyyətin Atatürl inqilablarının təməl daşıdır. Sırf bu səbəblə dahi şüursuzların hədəfində olmağı təbiidir. Məsələn, Kahramanmaraşda qətliama uğramış, Sivasda yandırılmışdı. İndi də Bursa bir qrup alçaqlar Pis Sultan Abdal dərnəkləri Bursa şöbə başqanı Ali Öztürkün qapısına nifrət qusan bu yazını yazdı:

-Ölüm vaxtın gəldi, əcəl zamanın gəldi, sabah öləcəksən!

Bu yalnız bir təhdid deyil, Türkiyənin ən böyük rayonlarından birində toplumun arasına nifaq salmaq, insanları qorxutmaq, şiddəti artırmaqdır. Bu alçaq təhdidə ələvi yurddaşlarımız qulaq asmaz, doğru bildiyi yolu gedər, ancaq təhlükəsizlik güclərinin bu təhlükəni ciddiyə alması daha yaxşı olar.

- Ələvilər türkdür və Türkiyə Cümhuriyyətinin qürurlu, aydınlıq və vətənsevər vətəndaşıdır.




Dilimizə uyğunlaşdıran Eminquey


İmza:

YAZARIN ARXİVİ

2019-12-05 : BİZ HANSINDANIQ?
2019-12-04 : VAQİF İBRAHİM
2019-12-02 : O GÜN GƏLƏCƏK
2019-11-25 : Domokl qılıncı
2019-11-20 : GÜNÜN SİTATI
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK