Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

4906    |   2019-10-03 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli burada)

Bəli, gecə yol getmək, özü də qaranlığın öz pərdəsini, öz yükünü adamın üstünə çökdürməsi mənə o qədər də xoş gəlmir. Adətən "burda nə var ki, yatırsan, necə getməyindən xəbərin də olmur” deyənlər də var. Amma mən maşında, həm də xüsusi olaraq gecə səfərlərində yata bilmirəm. Bunun səfəri təkcə sürücüyən etibar etməmək deyil, bu həm də bir daxili sıxıntı ilə bağlıdır. O sıxıntının adı mənə görə ətrafı görməmək, ətrafdan nə isə almamaq, götürməməkdi. Çünki hərəkətdə olan maşının imkanı ancaq öz yolunu işıqlandırmağa çatır. Yəni ətrafı seyr etmək imkanı sıfıra enir. Bax, buna görə də gecə yol gedəndə nə iləsə məşğul olmağa üstünlük verirəm. Ya avtobusun əvvəldə də xatırlatdığım kimi, internetindən, ekranından istifadə edirəm, ya da özümlə götürdüyüm qəzet-jurnaldan...

Bax, beləcə qaranlığı yaran avtobus gecə saat 2-də daha bir məntəqədə dayanır. Yolçulara 15 dəqiqə tənəffüs elan edilir. Şəxsən mənim üçün siqaret istəyimi təmin etmək üçün göydən düşmə olur. Ona görə də çöldə havanın nisbətən soyuq olmasına baxmayaraq, dərhal avtobusa minirəm. Az qala ayaqlarım yerə çatanda siqaretimi yandırıram. Səhhətimizə, sağlamlığımıza zərbə sayılsa da, siqaret adama xüsusilə zövq verir. Ətrafıma göz yetirirəm. Az qala avtobusun sərnişinlərinin qadınlı-kişili 90 faizi siqaret yandırır. Tüstülər qarışıb bir-birinə. Heyrətlənirəm, azərbaycanlı qızların, xanımların bu "tüstülənməsi” ürəyimi ağrıdır. Görün, biz nəyə meyl edib, nəyi öyrənirik. Bəlkə də onları yola salan doğmaları qızlarının, qadınlarının bu siqaret "sevdalarından” xəbərsizdilər. Yeri gəlmişkən, mən Türkiyə səfərlərimdə bu məmləkətin xanımlarının böyük əksəriyyətinin siqaret çəkdiyini müşahidə etmişəm və bunu da bir irad kimi dostlarıma bildirmişəm. Təəssüf ki, orda da bunu Avropanın bəlası kimi qiymətləndiriblər. Nə isə...


Avtobusumuz hərəkətə başlayır. Necə deyərlər, yolçuluğa davam. Batumiyə yaxınlaşdığımıza görə, bu dəfə sərnişinlər deyəsən yatmaq fikrindən vaz keçiblər. Hamı bir-birilə nəsə danışır, kimsə telefonla əlaqə saxlayır. Bir sözlə, avtobusda həyat əlaməti duyulur. Bax, bu durumun içərisində mən də şeirimi yazıram.


Gəl, al bu lal gecədən

Qaranlıqdan sən məni...

Sığındığın köşədən –

Bir anlıqdan sən məni...


Al, bu ruhum susalan

Göz yaşıma bulanan...

Kipriklərim sulanan –

Şoranlıqdan sən məni...


Ulduz saydım – tək-tükdən

Asıldığım tək tükdən...

Yaşadığım təklikdən –

Viranlqdan sən məni!


Elə bilmə getmisən

Muradına yetmisən...

Özününkü etmisən –

Yarandıqan sən məni!

Qara dənizin Gürcüstan ərazisindəki sahilləri görünür. Demək, Batuma yaxınlaşırıq. Şəxsən mən Batuma çatanda Türkiyə, xüsusilə Trabzon üçün daha çox darıxıram. Və istəyirəm ki, keçiddə dayanmadan birbaşa ötüb gedəm. Nədənsə Gürcüstanla Türkiyə arasındakı Sarp deyilən yerdə, yəni bu keçid ərazisində özümü həmişə narahat hiss etmişəm. Burda yolçuların üstünə yüyürüb kömək təklif edəndən tutmuş müxtəlif alver malları təklif edənlərə qədər, eləcə də Türkiyəyə işləməyə gedən Gürcüstan vətəndaşlarının onlar üçün siqaret, alkoqol keçirməkdə yardım göstərilməsini dilə gətirən adamların davranışı mənə ağrılıq gətirir. Bu adamlar demək olar ki, hər gün Türkiyə səmtinə keçir, orada çalışır, geri qayıdır və təkrar yenə növbəti gün yenidən bu cür "tədarüklərlə” Türkiyə ərazisinə keçirlər...

Deməli, Batumi şəhəri öz tarixi və bu günü ilə artıq gündəmdə yerini tutub. Ona görə mən həmin tarixə baş vurmadan bircə onu deyə bilərəm ki, deyəsən bu şəhər gecələr yatmır. Daha çox turistlərin üz tutduğu bu ərazidə avtobusun keçdiyi küçələri gözdən keçirdikcə qaynaşan adamlara maraqla baxıram. Xüsusilə dəniz sahilində özləri üçün balaca, xudmani bir çadırda yerləşən turistlər daha cəlbedicidi. Bax, bu mənzərənin içərisində Batumu kiçib Sarpa çatırıq. Yenə sürücünün yardımçısı öz elanını sərnişinlərə çatdırır. Elan edir ki, hər kəs əşyalarını, çantalarını götürüb öncə gürcü nəzarət buraxılış məntəqəsindən, sonra Türkiyə gömrükçülərinin nəzarətindən keçib sərhəddin o biri üzündə, yəni Türkiyə ərazisində düz qapının önündəki məscidin yanında dayanıb gözləsin. Bu elanlara artıq öyrəşdiyimdən, yəni onun məzmunundan kifayət qədər tanış olduğumdan avtobusdan düşən kimi üstümə yüyürüb kömək təklif edən adamlardan birtəhər qopub buraxılış məntəqəsinə daxil oluram. Artıq Qırmızı körpüdə gürcü tərəfi yoxlanış etdiyindən burda nisbətən az ləngiyirik. Və Gürcüstanla vidalaşıb Türkiyə ərazisinin qapısı sayılan ünvana, yəni buraxılış keçid məntəqəsinə gəlirəm. Artıq Türkiyə tərəfindən bu keçid məntəqəsində çox böyük işlər görülüb. Demək olar ki, möhtəşəm bir tikinti başa çatdırılıb. Adamların öz əl çantalarını, ağır yüklərini daşımaq üçün keçirilən ərazidə eskolatr quraşdırılıb. Hər kəs rahatlıqla qollarına ağırlıq vermədən beləcə, yükünü daşıyır. Gülərüz türk gömrükçüsünə salam verirəm. O da məmnunluqla bu doğma sözü qarşılayır. Pasortuma baxır, sonra özümə. Sonra da mehribancasına "Türkiyəyə xoş gəldin, buyura bilərsiniz, əfəndim!” – deyir. Elə bil üstümdən ağır yük götürülür. Çünki dəfələrlə müşahidə etmişəm ki, Türkiyə sərhəddini keçib bu doğma yerlərə qədəm qoyanda içimdə nə vaxtsa bütöv Azərbaycanın hər yerinə gözüyumulu gedəcəyimə, yəni heç bir sıxıntının qalmayacağına inanıram. Elə həmin inamla da sərhəddəki caminin önündə dayanıram. Çox qəribədir ki, məhz bu an telefonuma zəhg gəlir:


- Salam abi, hardasan? Sarpı keçdinmi?

- Salam qardaş, artıq türk torpağındayam, avtobusu gözləyirik.

- Xoş gəldin, abi! – deyir Əhməd.

Və mən bu "xoş gəldinin! bir məmnunluğunu yaşayıram. Çünki o, ürəkdən gəlirdi. Bunun ardınca dostum Əhməd bəy vurğulayır ki, Trabzona daxil olanda telefonunla mənə bir cavabsız çağrı göndər. Səhər namazında olacam. Oradan gəlib səni terminaldan (avtovağzaldan – Ə.M) götürüm. Qalacağın yer hazırdı.

Burda bir məqamı vurğulamağı özümə borc bilirəm. Doğrudur, həmin məqamı əvvəlki səfər təəssüratlarında da vurğulamışam. Söhbət ondan gedir ki, dostum Əhməd bəy son dərəcə həssas və diqqətli adamdı. Heç nə nəzərindən yayınmır. Gələcəyim günü də biləndən sonra sanki bütün rahatlığını itirir, arxa plana keçirir. Bircə məqsədi, məramı olur: qonağını yüksək qayğı ilə qarşılamaq, ona bütün şəraiti olan bir yer tapıb yerləşdirmək və onun hər arzusunu, istəyini yerinə yetirmək! Yəni bu adamın nəzərindən heç nə qaçmır. Azacıq, necə deyərlər, iynə ucu boyda narahatçılığı da göydə oxuyur. Dərhal təlaşlanır, nə olduğunu öyrənməyə, onu həll etməyə çalışır. Artıq mənim söz adamı olmağımı, müəyyən məqamlara düşməyimi bildiyindən zarafatla "abi, yenə yazırsan!” – deyir. Və mən də "bəli qardaş” – deyirəm. Çünki həmin anı yaddaşıma yazmaq, yaddaşıma köçürmək mənim özümün daxili tələbatımdı. Onu görməyə, yazmaya bilmərəm.

Bu səfərim öncəsi də gələcəyim günü öncədən öyrənən, feyzbuq ünvanıma qalacağım yerin, otağın şəkillərini belə göndərən Əhməd bəy bütün bunlara baxmayaraq, yenə səhər saat 5-də məni terminalda qarşılayacağını bildirdi. Əslində həmin ünvana mən rahatlıqla gedə bilərəm. Çünki bu şəhəri az-çox tanımağa başlamışam. O isə bununla razılaşmır və vurğulayır ki, qonağı, xüsusilə qardaşı qarşılamaq boynumun borcu, ürəyimin istəyidi. Bu sözdən sonra mənim nəsə deməyim artıq yersiz və mənasız görünər. Ona görə də razılaşıram. Axı, bir azdan biz bir-birimizə sarılıb ən doğma adamlar kimi bir-birimizin evindən, ailəsindən, özəl həyatından xəbərdar olacağıq...

(Ardı var)



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
SON XƏBƏRLƏR
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK