nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | “AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir Adalet.az | “AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

6580    |   2019-10-02 15:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni yataqların kəşfiyyatı və istehsalat sahələrinin genişləndirilməsi istiqamətində apardığı geoloji tədqiqat işləri öz müsbət nəticələrini verməkdədir.

"AzerGold”dan Adalet.az-a verilən məlumata görə, 2018-ci ildə QSC-nin geoloqları tərəfindən hazırda fəaliyyət göstərən Çovdar qızıl mədəninin yaxınlığında aşkar edilmiş qızıl təzahürlü Ağyoxuş sahəsi, həmçinin Göygöl rayonunun cənubunda yerləşən Tülallar kəşfiyyat sahəsinin resurslarının ilkin hesablanması və səmərəliliyinin qiymətləndirilməsi məqsədilə cəlb edilən beynəlxalq nüfuzlu "Micon International” məsləhətçi şirkəti tərəfindən adıçəkilən sahələrin qızıl ehtiyatlarının potensialı 600 min unsiya qiymətləndirilir.

Sahələr üzrə ehtiyatların qiymətləndirilməsi məqsədilə "AzerGold” QSC tərəfindən ötən ildən etibarən intensiv geoloji kəşfiyyat işləri həyata keçirilməkdədir. Ümumilikdə, bu kəşfiyyat sahələri üzrə buruq-qazma işləri çərçivəsində ümumi dərinliyi 22 min metrdən çox olan 180 quyu qazılmışdır. Götürülmüş filiz nümunələri beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara geokimyəvi analiz testləri üçün göndərilmişdir. Əldə olunan ilkin nəticələr əsasında məsləhətçi şirkət tərəfindən ilkin ehtiyatlar hesablanmış və yerin təkində proqnozlaşdırılan ehtiyatların potensialı Tülallar sahəsi üzrə 500 min unsiya, Ağyoxuş sahəsi üzrə isə 100 min unsiya qiymətləndirilmişdir. Bu sahələrin istismarından yüz milyonlarla ABŞ dolları məbləğində gəlirin əldə olunması gözlənilir.

Hal-hazırda qeyd edilən kəşfiyyat sahələrinin qısa müddətdə hasilata verilməsi üçün resursların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, mədən layihələndirilməsi, metallurji və laborator tədqiqatlar və digər zəruri tədbirlər icra edilməkdədir.

Sözügedən ərazilərin Çovdar yatağı yaxınlığında yerləşməsi hasilat zamanı Çovdar qızıl mədəninin texniki resurslarından istifadə etməyə imkan verəcək ki, bu da layihənin iqtisadi səmərəliliyini daha da artıracaqdır. Cəmiyyət tərəfindən yeni layihələrin icrası iqtisadi mənfəətlərlə yanaşı, regionların inkişafı və yeni iş yerlərinin açılmasına da töhfə verəcəkdir.




İmza:

Daha 1 məntəqənin nəticələri etibarsız sayıldı

MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir - CANLI

İsgəndər Həmidov yaxın günlərdə palataya köçürüləcək - VİDEO

Yüzlərlə insan hələ də müharibə veteran adını ala bilmir - ARAŞDIRMA

Naxçıvan Ali Məclisinə yeni Aparat rəhbəri təyin edilib

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı - Sədr seçiləcək

Bu gün Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək - VİDEO

Bəxtiyar SADIQOV: SƏBRİN HÜDUDU VARMI, ALLAHIM?!

Neftçalada 6 vəzifəli şəxs saxlanılıb - DTX yeni məlumat yaydı - VİDEO

Bakı metrosuna yeni vaqonlar gətirilir

Azərbaycanın İtaliyadan aldığı "M 346" təyyarələri 5-ci nəsil pilotlar hazırlayacaq

SON XƏBƏRLƏR
2020-02-22
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK