hacklink Adalet.az | VAQİF MUSTAFAYEVƏ BİR SUAL Adalet.az | VAQİF MUSTAFAYEVƏ BİR SUAL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

VAQİF MUSTAFAYEVƏ BİR SUAL

7448    |   2019-10-03 09:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«Space» telekanalında maraqlı və ciddi bir layihə başlayıb: «Sadə həqiqətlər». Layihənin ideya müəllifi və aparıcısı məşhur kinorejissor, kanalın prezidenti Vaqif Mustafayevdir. Verilişə dəvət olunanlar da tanınmış şəxslərdir. Veriliş az bir zamanda xeyli uğur qazanıb.

Son verilişdə millət vəkili, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov qonaq çağırılmışdı. Siyavuş Novruzov da çox səmimi bir insandı, həm də faktlarla danışmağı xoşlayır. Diqqətlə baxın bu verilişə.

Məsələ nədi? Xaricdə oturub və yaxud elə daxildə bu dövlətə, bu millətə, dövlət başçısına şər-böhtan atanlarla bağlı Siyavuş Novruzova bir sual ünvanladı Vaqif müəllim. Siyavuş müəllim də çox dolğun faktlarla cavab verdi.

Vaqif müəllim az qala bütün ziyalıları ittiham etdi ki, niyə onlara cavab vermirlər, niyə susurlar?

Əvvəla, görünür, Vaqif müəllim işi çox olduğundan mətbuatı izləmir. Ziyalılar həmin adamlara layiqli cavablar da verirlər, hətta bununla bağlı bir Dəyirmi Masa da keçirildi. Və həmin tədbirdə Azərbaycanın tanınmış siyasətçiləri və ziyalıları da iştirak edirdi.

Çox istərdim ki, Siyavuş müəllim də Vaqif müəllimə bir sual verəydi. Görünür, qonaq oluduğuna görə ev yiyəsini incitmək istəməyib. Ona görə də həmin sualı biz veririk:

- Hörmətli Vaqif müəllim, siz Azərbaycandan çox-çox uzaqlarda tanınan bir kinorejissorsuz, istedadınıza, savadınıza və ziyalılığınıza da heç kim şübhə edə bilməz. Əlinizdə də «Space» kimi bir kanal var və bütün dünyada da yayımlanır. Bəs, siz niyə susursuz? Siz niyə onlara layiqli cavab verib yerlərində oturtmursuz?

Sualımız çətin olmadı ki?




İmza:

Prezident İlham Əliyev : Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın

Hansı hallarda işsizlikdən sığorta haqqı almaq olar - Nazir şərtləri açıqladı

FHN-in idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar

İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri və xərcləri təsdiqlənib

Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub

Sahil Babayev : Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək

Nazir : Azərbaycanda minimum pensiyanın artırılması üçün işlər görüləcək

Prezident İlham Əliyev : Açıq dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə çevriləcək

Yevlaxın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb

İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib

Aqil Abbas: Rəmiş nə vətəndaşdı, nə atadı, nə anadı, nə qardaşdı, o, yalnız ruhdu

Vaqif Əsədov xəstəxanaya yerləşdirildi

SON XƏBƏRLƏR
2019-11-13


VİDEO