Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Vüsal Qasımlı: Azərbaycanda minimum əmək haqqı Ermənistandan 2 dəfə çoxdur Adalet.az | Vüsal Qasımlı: Azərbaycanda minimum əmək haqqı Ermənistandan 2 dəfə çoxdur Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Vüsal Qasımlı: Azərbaycanda minimum əmək haqqı Ermənistandan 2 dəfə çoxdur

5624    |   2019-10-02 13:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əmək haqqının MDB, Gürcüstan və Ukrayna ilə müqayisədə yüksək olduğunu müəyyənləşdirmək olar.

Adalet.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, beynəlxalq dollarla ifadədə Azərbaycan minimum əmək haqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdə qərarlaşıb:

"Bu o deməkdir ki, Azərbaycanda yaşayan və minimum əmək haqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir. Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda beynəlxalq dollarla ifadə edilmiş minimum əmək haqqı Ermənistandan 2.1 dəfə, Qazaxıstandan 1.6 dəfə, Gürcüstan və Rusiyadan isə 1.4 dəfə yüksəkdir".

V.Qasımlı qeyd edib ki, Azərbaycanda 2019-cu il sentyabrın 1-dən minimum əmək haqlarının yenidən artırılması orta əmək haqqına da müsbət təsir göstərərək, orta əmək haqqının alıcılıq pariteti üzrə məzənnə nəzərə alınmaqla 1540 beynəlxalq dollara çatacağını proqnozlaşdırmağa imkan verir: "Bu o deməkdir ki, Azərbaycanda orta əmək haqqı Ermənistandan 1.6 dəfə (Ermənistan-960 beynəlxalq dollar), Gürcüstandan 1.1 dəfə (Gürcüstan-1431 beynəlxalq dollar) çox olacaq.

Minimal pensiya üzrə yeni göstəricilərə əsasən Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 476 beynəlxalq dollarla 1-ci yerdə olacaqdır. Bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3.7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1.3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1.1 dəfə çoxdur".




İmza:

Rusiyadakı Azərbaycan diasporu ilkə imza atdı- birləşmə istiqamətində mühüm gəlişmə

“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatdı! (FOTO)

Ekoaktivistlərin növbəti hədəfi Biq Ben qülləsi olub

“Putin-Suriyanın yeni kralı” - “Libération”

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

"Zelenski Donbas münaqişəsinin həlli yollarını axtarır" - Savçenko

FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb

Respublikaçılar da Trampa qarşı: "Suriyadan ordunun çıxarılması strateji səhvdir"

Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü

Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib

Bakıda tikintidə faciə: başına boru düşən fəhlə öldü

SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK