ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Xalq yazıçısı Kamal Abdulla Yaradıcılıq fakültəsinin tələbələrinə mühazirə oxuyub

11549    |   2019-10-01 17:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetində (ADU) Yaradıcılıq fakültəsinin 1-ci kurs tələbələri ilə görüş keçirilib. Təhsil ocağının rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla fakültənin yaradılmasının məqsədindən danışıb və qeyd edib ki, Yaradıcılıq fakültəsi ədəbiyyat, fəlsəfə və digər incəsənət sahələrinin daha dərindən mənimsənilməsi üçün tələbələrə yeni imkanlar yaradacaq. Rektorun sözlərinə görə, ədəbi prosesləri və ədəbi istiqamətləri yaxından izləmək, yeni ədəbi hadisələrin təhlilini aparmaq, yaradıcılıq imkanlarını artırmaq məhz ədəbiyyatla yaxından əlaqəsi olan və bu işlə ciddi şəkildə məşğul olanlar üçün ilkin və vacib şərtlərdəndir:

"Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Yaradıcılıq prosesində insanın bütün psixi prosesləri, onun duyğu, qavrayış, hafizə, təfəkkür və təxəyyülü iştirak edir. Bu da bir həqiqətdir ki, yaradıcılıq prosesində təxəyyülün rolu daha qabarıq şəkildə özünü göstərir. Xüsusilə bədii yaradıcılıqda təxəyyül müstəsna dərəcədə əhəmiyyətə malikdir. Hər bir ədəbi–bədii əsər ideya-məzmuna malik olur. Sənətkar yazıçı bu ideyanı elmi əsərlərdəkindən fərqli olaraq, konkret obrazların vasitəsilə əks etdirir. Ədəbi-bədii yaradıcılıqda mühüm rol oynayan təxəyyülün gücü onda ifadə edilmir ki, sənətkar həyati reallıqdan daha çox uzaq olan obrazlar yarada bilsin, əksinə yazıçının, rəssamın təxəyyülünün gücü onda ifadə edilir ki, onlar özlərinin həyati qavrayışlarını həyatın tələblərinə, özünün ideyasına uyğun bir şəkildə elə dəyişdirir, birləşdirir, yenidən işləyir ki, tamamilə yeni, əyani obrazlar yarada bilirlər.”

K. Abdulla tələbələrə bilik və bacarıqlarından düzgün şəkildə istifadə etmək və dünyagörüşlərinin zənginləşməsi üçün çoxlu mütaliə etməyin vacibliyindən də danışıb:

"Kitabın cəmiyyət üçün faydası böyükdür. Bu faydanı biz gündəlik həyatımızda, işimizdə görürük. Ona görə də ədəbiyyat adamı olmaq istəyən hər kəs çoxlu kitab oxumalıdır. Davamlı şəkildə, sistemli şəkildə oxumaq həm doğru, həm də asan yoldur”.

Qədim Yunan mifologiyasından, ilkin dünyagörüşü formalarından, fəlsəfi qaynaqlardan söz açan rektor, tələbələrə bu mövzuda mühazirə oxuyub.

Qeyd edək ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan və böyük marağa səbəb olan Yaradıcılıq fakültəsi qısa fasilədən sonra yenidən, daha təkmilləşmiş formada təşkil olunub.

Fakültədə dərslər həftədə 4 dəfə olmaqla 4 akademik saat təşkil edir. Tələbələrə xarici dil (ingilis, rus), Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, mədəniyyətşünaslıq, mifologiya, fəlsəfə və s. fənlər keçiləcək, eyni zamanda, yazmaq sənəti ilə bağlı ustad dərsləri, praktiki məşğələlər, tanınmış imza sahibləri ilə görüşlər, müxtəlif sənət mərkəzlərinə ekspedisiyalar təşkil ediləcək.




İmza:

Bu gün keçirilən qəbul imtahanlarından 2 nəfər xaric olunub

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum

Onlayn müsahibələrin keçirilmə tarixi

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SABAH təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq

UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər

Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK