Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Deputat: Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz Adalet.az | Deputat: Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Deputat: Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz

9469    |   2019-10-01 13:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan dövləti daim Qarabağ qazilərini diqqət mərkəzində saxlayır, onların qayğısına qalır, veteranlarımızın, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı şəkildə siyasət həyata keçirir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, cəmiyyətdə insanlar müxtəlif statusa malikdirlər. Hər sosial təbəqənin, status daşıyıcısının dövlət qarşısında öz vətəndaşlıq vəzifələri var:

"Dövlət - vətəndaş münasibətlərində ən mühüm məsələ ondan ibarətdir ki, dövlət vətəndaşları qarşısında öz öhdəliklərini yerinə yetirdiyi, onları müdafiə etdiyi, qayğısına qaldığı kimi, vətəndaş da öz vəzifələrini yerinə yetirsin. Bu isə sadəcə bir düsturdan ibarətdir ki, vətəndaş dövlətin qoyduğu qanunları pozmasın. Əks təqdirdə, cəmiyyətdə bir nizamsızlıq yaranar. Beləliklə, bu gün öz qazisini müdafiə edən dövlət sabah zəif vəziyyətə düşə bilər. Ölkədə xaos yarana bilər. Mən düşünürəm ki, vəziyyətin bu cür olmasını hər şeydən öncə Qarabağ qaziləri istəməzlər. Çünki onlar Vətənin, torpağın nə olduğunu digər vətəndaşlardan daha çox dərk edirlər. Azərbaycanın ərazi bütövlüyü üçün, Vətən torpaqlarının qorunması üçün sağlamlıqlarının bir qismini qurban veriblər, özlərini fəda ediblər”.

Hikmət Babaoğlu xatırladıb ki, Azərbaycanın brendi hesab olunan SOCAR həm də ölkəmizin ən böyük şirkətidir. Enerji sektorunda Azərbaycanın enerji siyasətini həyata keçirən mühüm bir şirkətdir:

"Əlbəttə ki, SOCAR-ın ərazilərində qeyri-qanuni tikintinin aparılması nəticə etibarilə, bu şirkətin fəaliyyətinə əngəllər törədə bilər. Yaxud o şirkətin fəaliyyətinin effektivliyini aşağı sala bilər. Nəzərə almaq lazımdır ki, məhz SOCAR-ın əldə etdiyi gəlirlər Azərbaycanın sosial sahədə həyata keçirdiyi siyasətin ciddi maliyyə əsaslarını təşkil edir. Heç şübhəsiz ki, gəlirlərin böyük bir qismi də Qarabağ veteranlarının, qazilərimizin, şəhid ailələrinin sosial müdafiəsinə xərclənir. Bu şirkətə qarşı münasibətdə hər bir vətəndaşın qanun çərçivəsində hərəkət etməsi vacibdir. Bəzi qruplaşmalar vardır ki, ayrı-ayrı vaxtlarda xüsusi statusu olan müəyyən təbəqəni dövlətə qarşı yönləndirməyə cəhd edir. Biz dəfələrlə şahidi olmuşuq ki, Qarabağ veteranlarından istifadə edərək təxribatlara əl atmaq cəhdləri olub. Dövlət tərəfindən bunun qarşısı alınıb. Mən düşünürəm ki, SOCAR kimi milli şirkətimizə qarşı aparılan belə kompaniya nə Azərbaycanın, nə də Qarabağ qazilərinin lehinədir. Qarabağ qaziləri heç bir şəkildə dövlətə qarşı zorakılıq alətinə çevrilə bilməz. Çünki onların ən böyük hamisi elə dövlətdir. Sadəcə, bu məsələdə qazanan tərəf Azərbaycanı sevməyən qüvvələr ola bilər ki, qazilərimiz də, biz də buna fürsət verməməliyik".




İmza:
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK