Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

Doymadığım səfərin təəssüratları

4702    |   2019-10-02 12:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli burada)

... Bu da dövlət sərhəddimiz. Artıq gömrük yoxlamasından keçmək üçün növbə tutmuşam. Ona görə növbə sözünü xüsusi vurğulayıram ki, əməlli-başlı qələbəlikdi. Yazımın əvvəlində dediyim kimi, Türkiyədə təhsil almağa gedən tələbələrin gurluğu burada da özünü göstərirdi. Ona görə də növbə gözləmək və qanunauyğun bir şəklidə sərhəddi keçib yolçuluğu davam etdirmək hər kəs kimi mənim də indi görəcəyim əsas işlərdən biri idi...

Bəli, növbəm çatır. Nəzarət məntəqəsinə yaxınlaşıram. Ola bilsin ki, bu söz yerinə düşmür. Amma onun üçün ayrılmış yerdə əyləşmiş gömrük işçisi ilk dəfə idi ki, üzündə bir təbəssüm hiss etdirməklə mənə uğurlu yol diləyir. Bunun hardan, nədən qaynaqlandığını hələ də bilmirəm. Bəlkə də normal bir şəkildə, basabas salmadan, çox sakit bir şəklidə balaca bir əl çantamla həmin buraxılış-keçid deyilən nöqtəyə yaxınlaşmağım ona xoş gəlmişdi. Bəlkə də hardsa bir tanışlıq, bir bənzətmə də var idi. Nə isə... Bütün bunların indiki anda müzakirə mövzusu olmadığını bildiyimdən tam səmimi bir şəkildə vurğulamaq istəyirəm ki, həmin gün Qırmızı körpüdəki sərhəd-keçid zolağını könül xoşluğu ilə keçib Gürcüstan torpağına ayaq basdım. Amma...

Amma burda bir məqamı xüsusi vurğulamalıyam. Belə ki, sərhəddin Gürcüstan tərəfində, xüsusilə neytral zonada adamların dayanıb öz avtobuslarını gözləməsi çox üzücü bir prosesdi. Bəzən uzun müddət açıq havada, yağışın, küləyin qarşısında dayanmalı olursan. Və gürcü polisinin davamlı şəkildə öz apardığı müşahidələrlə, adamlara tutduğu iradlarla bəzən əndazəni aşırlar. Bu da şəxsən məndə əks reaksiya doğurur. Belə ki, Türkiyəyə təhsil almağa gedən tələbənin kiçik bir xəta üzündən geri qaytarılması mənim üçün heç də xoş olmadı. Doğrudur, qanuna hörmət, qaydalara əməl etmək hər kəsin borcudu. Amma uzaq bir yolçuluğa çıxanı, özü də təhsil almağa gedəni geri qaytarmaq, çəkib yerə atdığı siqaret kötüyünə görə bu qədər sərt cəzalandırmaq məncə huimanistliklə, dostluqla, qonşuluqla bağlı xoş bir iş deyil. Həmin gənci töhmətləmək, ona xəbərdarlıq etmək, necə deyərlər, qınamaq olardı. Və mən də bunu bir insan kimi məmnunluqla qarşılayardım. Amma onun dərsinə gecikməsinə səbəb olacaq geri qaytarmaq qərarı dediyim həmin o nüansların heç biri ilə üst-üstə düşmür. Nə isə...

Bu neytral ərazidə o qədər sahibsiz itlər var ki, az qala adamların əl-ayağına dolaşırlar. Bilmirəm, gürcü tərəfi buna necə baxır, amma mən qadınların, uşaqların ətrafından əl çəkməyən, onlara təlaş yaşadan bu halı da normal saymıram. Bu da öz yerində. Nəhayət ki, avtobusumuz sərhəd xəttini keçib dayandığımız nöqtəyə gəlir. Və biz də artıq gözləməkdən yorulmuşuq. Ayaqlarımızın sözümüzə baxmadığı durumda özümüzü güclə yerlərimizə çatdırırıq. Belə vəziyyətdə oturacaqlarda rahatlanmaq adama xüsusi ləzət verir. Yəqin ki, belə məqamları siz də yaşamısınız. Hər kəs yerini tutandan sonra sürücü yardımçısı yenə artıq bizə doğmalaşmış səsilə salona üz tutur:

- Hər kəs yanındakı yoldaşının əyləşib-əyləşmədiyini, yəni hamının avtobusda olduğuna diqqət yetirsin. Kənarda qalan yoxdur ki?

Təbii ki, az qala xorla hamı dillənir:

- Xeyr, gedə bilərik.

Köməkçi təkrar ikinci elanı səsləndirir:

- İyirmi-iyirmi beş dəqiqədən sonra dayanacağıq. Yarım saatlıq istirahət. Sonra isə yolçuluğa davam...

Onsuz da bayaqdan siqaret çəkmək üçün darıxan, az qala dişini dişinə sürtən mənim kimi sərnişinlər bu xəbəri sevinclə qarşılayır. Və həqiqətən iyirmi beş dəqiqədən sonra Gürcüstan ərazisində avtobusun marşrut xətti üzrə olan məntəqəyə çatırıq. Burda həqiqətən türk mətbəxi üstünlük təşkil edir. Doğrudur, qiymətlər heç də ürəkaçan olmasa da, səliqə-səhman o qədər də pis deyil. Hamı kimi mən də piştaxtaya yaxınlaşıb bir mərci şorbası sifariş verirəm. Təbii ki, yanında da limonu ilə. Hə, yadımdan çıxmamış yol-yoldaşım olan bu qəşəng, balaca qızın bir xidmətini mütləq qeyd etməliyəm. Yoxsa haqqını yemiş olaram. Belə ki, hələ Qazaxa çatmamış anası onun üçün hazırladığı tutumlu bir dürməyi mənə uzadıb:

- Baba, al, ye! – dedi.

Doğrusu, onun bu ərki, səmimiyyəti və öz payını mənə verməsi içimdə kövrək duyğular oyatdı. Öz nəvələrimi düşünüb üzündən öpdüm və təşəkkür etdim. Qızcığaz bununla da razılaşmadı. Məcbur şəklidə israrla dürməyimi almağımı istədi. Onun bu ərki valideynlərini də dilə gətirdi. Hər ikisi az qala bir yerdə :

- Müəllim, uşağın əlini geri qaytarmayın! – dedi.

Məcbur olub bu balaca mələyin dürməyini aldım. Həqiqətən əsl Naxçıvan lavaşında mükəmməl bişirilmiş bir kotlet idi. Mən ailəyə, xüsusilə bu balaca mələyə təşəkkürümü bildirirəm. Bizim dostluğumuz bir az da möhkəmləndi. Çantamı axtarıb içərisindən yol üçün götürdüyüm şüşə konfetdən bir neçəsini ona verdim. O da gülməklə mənim xidmətimi qarşıladı və bu gülüş də mənim ən böyük təşəkkür payım oldu...

Dayandığımız istirahət- dayanacaqdan yarım saatdan sonra tərpənirik. Və mən həmin o məntəqədə və elə bura qədər gəldiyim yolda öncə keçirdiyim hisslərlə, dəfələrlə şahidi olduğum mənzərələrlə yenidən qarşılaşdığımdan xəyal güc gəldi mənə. Və bir də gördüm ki, misralar öz-özünə göyərməyə, doğulmağa başlayır.


Bilsəm

nə qədər

fikir daşıyıram

daşdan ağır...

onların

ən xırdasına

hətta

iynə ucu boyda

vaxt ayırmırsan...

səninlə çözüm

mən fağır...

Amma...

bunu özünə

sən qayğı etmə,

hətta üstünə getmə...

unut büstbütün!

çünki sənə

demək istədiklərim

yaşadıqlarım

və yaşatdıqlarım –

yəni bunların hamısı

bitəcək,

qurtaracaq bir gün!...

onda mənsiz

hər şeyi

çözərsən özün...


Hərdən öz-özümə düşünürəm ki, uzaq səfərlər üçün hesablanmış marşrutlar nədən böyük şəhərlərin içərisindən keçir? Axı o şəhərlər avtobusdan düşən və avtobusa minən sərnişin yoxdusa, Bakıdan İstanbula, Ankaraya gedən avtobusun Tiflisin içərisindən keçməsinə nə ehtiyac var, özü də gecə vaxtı? Özü də şəhər nəqliyyatının gur olduğu məqamda. Ola bilsin ki, burada mənim bilmədiyim nəsə var. Amma bildiyim odur ki, avtobus Tiflisin içərisindən keçib gedərkən ən azından 40-45 dəqiqə burada artıq vaxt itirir. Həmin vaxt şəhərin kənarından keçən yolla hərəkət edib ünvana bir az da tez çatmaq olar. Burda da bir nə isə deməyə məcburam. Çünki bu mənim fərdi düşüncəm, fərdi məntiqimdi...

Beləcə, artıq gecə saat 23:30 dəqiqədir və biz Tiflis şəhərindən üzü Batumi şəhərinə doğru hərəkət edirik. Yol boyu bu şəhərin türk dünyasına olan çıxış qapısı ağzında qəribə hisslər keçirdiyimi xatırlayıram və yaddaşımın küncündə həmin qapıyla bağlı yazdığım misralar mürgülü-mürgülü üzümə gülümsəyir. Mən o misraları sizinlə də bölüçürəm, üstündən zaman keçməsinə baxmayaraq:


Hər cür niyyətlə keçilən qapı

Böyüyən, bəzən də kiçilən qapı...

Uzaqdan baxanda seçilən qapı –

Sən məni saxladın o biri üzdə...


Dilini öyrəndim qaş ağaran vaxt

Yonulmuş, şəkilli daş ağaran vaxt...

Dan yeri sökülüb, kaş ağaran vaxt –

Üzümə güləydi o biri üz də!


Namərd o kəsdi ki, düzün deməyə

Mən yaşayan ömür şumdu – demyə!

Baxıb neçə-neçə üzü dönüyə -

Məni üzdən saldın o biri üzdə!


(Ardı var)



İmza:
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK