ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU ilə Polis Akademiyası arasında Protokol imzalanıb

10818    |   2019-09-30 17:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyası arasında təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb.

Universitetdən verilən məlumata görə, ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu bildirib. Rektor tərəflər arasında qarşılıqlı işgüzar əlaqələrin əsasını qoyduğunu vurğulayıb: "Mənə elə gəlir ki, həm müəllimlərimizin, həm gənc nəslimizin formalaşmasında bu müqavilənin böyük əhəmiyyəti olacaq. Bu növ müqavilələrə ehtiyac var. Universitetlər, adətən başqa ölkənin universitetləri ilə əlaqə saxlayır. Bu, xarici ölkələrin Azərbaycana olan marağından irəli gəlir. Bu, bir tərəfdən ölkə prezidentinin Azərbaycan dövlətçiliyinin, digər tərəfdən də ölkəmizin digər ölkələrlə əlqələrini möhkəmlətmə xəttinə yönəlmiş səylərinin nəticəsidir. Bununla yanaşı, həmin istiqamətdəki əlaqələrin daha da möhkəmlənməsi üçün ölkədaxili universitetlərin bir-biri ilə münasibətlər qurmasına ehtiyac var. Bu istiqamətdə imzalanan Protokol tələbə və müəllimlər üçün son dərəcə vacib və effektiv inkişaf yolu olacaqdır”.

Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib. ADU ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin dil biliyinin bu gün vacib olduğunu deyib. O, polislərin xarici vətəndaşlarla ünsiyyəti zamanı ehtiyac duyacağı dil biliyinə malik olmalarında Dillər Universitetinin əməkdaşlarının mühüm rolu olacağını qeyd edib.

Qeyd edək ki, Protokolun imzalanmasında məqsəd təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək hər iki təhsil müəssisəsi, həmçinin onların elmi, elmi-pedaqoji kollektivləri, tələbələri (kursantları), aspirantları (adyunktları) və doktorantları arasında təmasların qurulmasıdır.

Protokolda tərəflər arasında Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan miqdar, tərkib və müddətlərdə elmi-pedaqoji qrupların və tələbələrin (kursantların) mübadiləsi, dissertasiyalar üzərində çalışan doktorant, aspirant (adyunkt) və iddiaçıların müvafiq elmi dərəcələr alması, elmi, tədris və metodiki dərclər və nəşrlər, tədris fənnlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi tədqiqatların aparılması, elmi tədqiqatların və məqalələrin birgə nəşri, elmi-texniki və metodiki layihələrin hazırlanması, elmi tədqiqatların nəticələrinə qarşılıqlı rəy verilməsi, dil hazırlığı sahəsində birgə elmi tədbirlərin keçirilməsi və s. nəzərdə tutulub.




İmza:

UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK