ANA SƏHİFƏ / SİYASƏT

Mehriban Əliyevaya həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib

17055    |   2019-09-28 14:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 27-də İçərişəhərdəki Miniatür Kitab Muzeyində "Mexriban Aliyeva. Missiya dobra vıpolnima” ("Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır") miniatür kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovadır.

Mərasimdə Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət işçisi Zərifə Salahova, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə, Rauf Əliyev, Jalə Əliyeva, tanınmış yazıçı, PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Yazıçılar Birliyi və Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar İncəsənət xadimi, Xalq yazıçısı Natiq Rəsulzadə, yaradıcı ziyalıların nümayəndələri, alimlər, jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova mərasimi açaraq deyib ki, 1988-ci ildən bugünədək onun tərəfindən 238 miniatür kitab buraxılıb, lakin bu nəşr görkəmli şəxsiyyət - Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr olunmuş ilk kitabdır.

Sonra Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova kitab haqqında müfəssəl məlumat verib. Diqqətə çatdırıb ki, nəşrdə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə Azərbaycan və xarici KİV-lərdə nəşr etdirdiyi məqalələri toplanıb.

Elmira Axundova deyib ki, bu kitabdakı bütün məqalələrin ana xəttini sadə vətəndaşların etimadını qazanmış, kömək üçün ona müraciət edən hər kəsin probleminə qayğı ilə yanaşan, həssaslığı və insanpərvərliyi ilə seçilən Mehriban Əliyevaya ümumxalq sevgisi təşkil edir. Məqalələrdə Mehriban xanımın UNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın, xalqımızın mədəniyyətinin və incəsənətinin dünyada tanıdılmasında böyük xidmətlərindən, onun rəhbərliyi ilə ölkədə qlobal miqyaslı idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsindən, dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələrdən bəhs olunur.

Qeyd olunub ki, "Mexriban Aliyeva. Missiya dobra vıpolnima” miniatür kitabı 2019-cu ildə "Indiqo” nəşriyyatı tərəfindən 100 nüsxədə çap edilib. 60x70 mm ölçüdə, 412 səhifədən ibarət miniatür kitab 105 rəngli fotoşəkillə illüstrasiya olunub. Fotoşəkillər müəllifə AZƏRTAC tərəfindən təqdim edilib.

Mərasimdə çıxış edənlər Birinci vitse-prezident Mehriban Əliyevanın olduqca geniş və çoxşaxəli fəaliyyətindən söz açıblar. Onlar Mehriban Əliyevanın ölkəmizin həyatının bütün sahələrində müstəsna xidmətlərini, onun hər bir azərbaycanlıya həssas diqqətini və sonsuz qayğısını, Birinci vitse-prezident, UNESKO və İSESKO-nun xoşməramlı səfirinin təşəbbüsü ilə həyata keçirilən və Azərbaycan muğam və xalçaçılıq sənətlərinin qorunması, inkişafı və tanıdılmasına həsr olunmuş möhtəşəm layihələri, onun Azərbaycan qadınlarının lideri və onlara örnək olduğunu, öz ölkəsini dünyanın bütün guşələrində layiqincə təmsil etdiyini vurğulayıblar. Çıxışlarda Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaq bağçalarının, internatların, ümumtəhsil məktəblərinin, mədəniyyət və sosial obyektlərin tikintisi istiqamətində fəaliyyətindən, şəhid ailələri və məcburi köçkünlərə göstərdiyi yardımlardan bəhs edilib. Vurğulanıb ki, Mehriban xanım Əliyeva bütün fəaliyyət sahələrinə öz töhfəsini verib.

Müəllif nəfis tərtibatlı kitaba epiqraf kimi Mehriban Əliyevanın bu sözlərini sitat gətirib: "Hər bir insan öz taleyinin yaradıcısı ola bilər və olmalıdır. Seçim həmişə var. Mən nə sırf təsadüfə inanıram, nə də dünyanın əvvəlcədən dəqiq müəyyən olunması fikrinə. Mən Allaha və insanın imkanlarına inanıram”.

Kitab Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 21-də Təhlükəsizlik Şurasının iclasındakı nitqi ilə açılır. Dövlətimizin başçısı bu çıxışında Mehriban xanım Əliyevanın həyatın bir çox sahələrində çoxşaxəli və uğurlu fəaliyyətini qeyd edir. Məhz bu fəaliyyətin nəticəsində onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması barədə qərar qəbul edilib.

Müəllif yazır: "Həm öz xanımının çiyninə dövlət məsuliyyətinin ağır yükünü qoymuş Prezidentin, həm də birinci xanımın özünün cəsarətinə heyran qalmamaq mümkün deyil. Axı o, vəzifəsinə ölkə üçün çox da yaxşı olmayan vaxtda başlayır - gözlənilmədən gələn postneft dövrü Prezident komandasından yeni, qeyri-standart qərarlar, təşəbbüslər və bütün dövlət mexanizminin dərin islahatını tələb edir". Xalq yazıçısı qeyd edir ki, Mehriban Əliyevanın özü üçün prioritetlər son dərəcə aydındır, axı o, əvvəllər də onları rəhbər tutub: "Onun fikrincə, bu prioritetlər ilk növbədə humanizm prinsipləri, insanlarla təmasda olmaq bacarığı, onları dinləmək və fikirlərini öyrənmək məharəti, insanpərvərlik, şəfqət və qarşılıqlı hörmətdir".(trend)




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində...

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib

Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK