ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“CinemaPlus”da “Əlvida, Şmidt!” filminin qala-gecəsi keçirilib - VİDEO

39714    |   2019-09-27 16:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Gənclik Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında "Əlvida, Şmidt!” filminin qala-gecəsi baş tutub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan” studiyası və "YOL” İlk Elmi Populyar dərgisinin ərsəyə gətirdiyi ekran işi tragikomediya janrındadır.

Filmin yaradıcı heyəti, aktyorlar, media nümayəndələri və bloqerlər ekran işini seyr ediblər.

Ekran əsərinin rejisoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, operator Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri isə Lalə Kazımovadır.

Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər, aktyor Azər Aydəmir, Tiflis Dövlət Akademik Rus Dram Teatrının aktrisası Mariam Kitiya canlandırıb.

Bundan başqa, filmdə Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı Əməkdar artist Zemfira Sadıqova, aktrisa Günel Məmmədova, Əlixan Rəcəbov və başqaları çəkilib.

Filmin qəhrəmanı - Emil Şmidt, düşüncələrində və istəklərində özünü çaşdıran sadə oğlandı. Həyatın ona bəxş etdiyi gözəllikləri görməyəcək qədər saf, başqa maraqlara can atacaq qədər çılğındır.

Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsi bizi kədərləndirəcək, güldürəcək, narahat edəcək, yaşayacaqlarını yaşatdıracaq. Vətənimizin möhtəşəm mənzərələri , rəngarəng personajları, duzlu yumoru ilə bu müasir milli yol əhvalatı – tamaşaçının gözlədiyi həmin o filmdir ki, sizlərə "Əlvida Schmidt - salam Azərbaycan kinosu!” deyəcək!

Tədbirin keçirilməsində "Cinema Distribution”, "Cinemazadeh”, "Taksim kebap” restoranı, "Red Bull” və "Şeh Su” dəstək göstəriblər.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarlasizi sevindirməyə hazırdır.




İmza:

Rza Rzayev: ”Daimi öldürücü olanlar var” ...

Əməkdar artist Tofiq Hüseynov vəfat edib

“Xınalıq” UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb

Şirvan bülbülü - Aşıq Şakir Hacıyev

İndoneziya mətbuatında “UNESCO-nun irsi-İçərişəhər- Bakının incisi” adlı məqalə yer alıb

Baba Mahmudoğlu: Ceyran bala - VİDEO

Şahmalı Kürdoğlu: Ey təbib + Video

Nazirlik: Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Nazim Hikmətin övladlığa götürdüyü - Çingiz Fərəcov...

Hollivud Çində koronavirusun yayılmasının ilk günləri barədə film çəkəcək

““Hələ nəğməm var mənim” - Pərvanə Bayramqızı yazır

Əməkdar artist oğlunun faciəli ölümündən DANIŞDI - VİDEO

SON XƏBƏRLƏR
2020-07-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK