ANA SƏHİFƏ / SİYASƏT

Nazirlərin görüşünə siyasətçilərin rəyi: “Bu görüşlərin heç bir mənası yoxdur”

16779    |   2019-09-28 09:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri (Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan) ilə görüşüblər.

Bildirilib ki, onlar ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər. Həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüş, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar, təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonrakı fəaliyyətləri barədə məlumat veriblər:

"Həmsədrlər və nazirlər gərginliyi azaltmaq, barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirəyə davam ediblər”.

Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu il avqustun 5-də Xankəndidə səsləndirilən bəyanatlara və ümumilikdə Ermənistan rəhbərliyinin bu kimi digər bəyanatlarına verdikləri ilk rəsmi reaksiyadır. Həmsədrlər ümumi açıqlamalarında təmas xəttində baş verən son itki ilə bağlı təəssüf etdiklərini bildirərək beləliklə, sentyabrın 22-də azərbaycanlı hərbçinin öldürülməsini pisləyiblər.

Beləliklə, həmsədrlərin Ermənistan tərəfinin hərəkətlərinə mənfi münasibət göstərdikləri ilə bağlı ümumi nəticəyə gələ bilərik. Lakin bir sual yenə də açıq qalır - bütün bunlar danışıqların gələcəyinə necə təsir edəcək?

Adalet.az həmsədrlərin görüşünə siyasətçilərdən münasibət öyrənib.


"Birinci hal deyil ki, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir”


Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov:"Məqsəd danışıqlar prosesinə ziyan vurmaq və pozulmasına nail olmaqdır. Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitibdir. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqları pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışırlar. Azərbaycan tərəfi qəti şəkildə dəfələrlə bəyan edib ki, biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr, Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək. ATƏT-in Minsk qrupu yumşaq şəkildə desək, öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir”.



"Əgər Azərbaycan müəyyən güzəştlərə getsəydi, bu məsələ çoxdan həll olunmuşdu”


Millət vəkili Tahir Rzayev:"Artıq Azərbaycana münasibətdə müsbət meyillər artıb. Həqiqətən də son dövrlər Ermənistanın tutduğu mövqeyə, Paşinyanın verdiyi bəyanatlara, Amerikada diaspor təşkilatları ilə görüşündə səsləndirdiyi fikirlərə müsbət münasibət bəsləmirlər. Digər tərəfdən cəbhədə olan bu hasdisələr onlarda təəssüf hiss doğurub və onlar da bunu qeyd edirlər. Bu yaxşı haldır ki, artıq Ermənistanı təcavüzkar ölkə kimi qiymətləndirməyə başlayıblar. Onlar sülh, danışıq yolu ilə məsələnin həll olunmağını istəyirlər. Bu da çox çətin, uzunmüddətli prosesdir. Bu məsələdə müəyyən maraqlı dövlətlər var. Onların da müəyyən tələbləri var ki, Azərbaycan bu tələblərlə razılaşmır və razılaşa da bilməz. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Əgər Azərbaycan müəyyən güzəştlərə getsəydi, bu məsələ çoxdan həll olunmuşdu. Ölkə rəhbəri özünün qətiyətini, iradəsini ortaya qoyub ki, işğalda olan bütün torpaqlar azad olunmalıdır. Yalnız bundan sonra münasibətlər müəyyən dərəcədə düzələ bilər”.



"Vaxtilə mən onları turist şirkəti adlandırmışdım”


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı:"Neçə ildir, ATƏT-in Minsk qrupunun həmsədrləri görüşürlər. Amma danışıqlar sıfır nöqtəsində qalıb. Vaxtilə mən onları turist şirkəti adlandırmışdım. Gah Amerikada, gah Avropada, gah orda, gah burda, gəzirlər, yeyib-içirlər, dincəlirlər. Yalnız dildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, əmələ gələndə isə Ermənistanın yanındadırlar. Danışıqların mahiyyəti nədir? Danışıqlar Xarici İşlər nazirləri səviyyəsində gedir və məzmunu isə atəşkəsin pozulması, yaratdığı təhlükə və s. Bizim dərdimiz atəşkəsin pozulmağı yox, torpaqlarımın azad olunmasıdır. Ona görə də bu danışıqların real nəticəsi yoxdur. BMT-nin köhnə qətnamələri qaldırılmalı, müzakirəyə çıxarılmalıdır. Müəyyən vaxt ayrılmalıdır. Əgər ATƏT boynuna götürübsə, müəyyən vaxt ərzində bu məsələni həll etməlidir. Təsir mexanizmləri tapılmalıdır. Rusiya bu məsələnin həllinə daha ciddi cəlb olunmalıdır. Yoxsa deyirlər, siz gedin öz aranızda razılığa gəlin, biz də sənəd imzalayaq. Problemin həlli yolu bu cür ola bilməz axı. Ona görə də bu məsələnin həlli uzandıqca uzanacaq. Azərbaycan daha qətiyyətli addımlar atmalıdır. Bildirməlidir ki, müəyyən vaxt veririk, bu vaxt ərzində məsələ həll olunmasa, müharibə edəcəyik. Əlbəttə ki, biz müharibə istəmirik. İstəmirik ki, qan tökülsün. Erməni də insandır, heç onlar da nə müharibə, nə də Qarabağda qalmaq istəyirlər. Rahat yaşamaq istəyirlər. Torpaq bütövlüyü beynəlxalq aləmdə qəbul olunmuş əsas şərtdir. Dünya ölkələrinin 80 faizdən çoxunda ərazi mübahisələri var. Bir qonşunun ərazisi düşüb o birisinin əlinə. Müxtəlif xalqlar illərdir yaşadığı dövlətdən ayrılıb öz dövlətlərini qurmaq istəyirlər. Əgər ərazi bütövlüyü prinsipi ləğv olunsa, arxa plana düşsə, dünya çalxalanar, qana bürünər. Ermənilər bir dəfə öz müqəddəratlarını həll ediblər. Bizim olan ərazilərdə dövlət qurublar. İndi yenə bizim olan ərazidə ikinci dövlət qura bilməzlər. Azərbaycan öz torpaqlarını qətiyyətlə qorumalıdır. Niyə mənim torpaqlarım 100 min erməni üçün buferə çevrilməlidir?”.


"Bu görüşlərin heç bir mənası yoxdur”


Qarabağ Azadlıq Təşkilatının sədri(QAT) sədri Akif Nağı: "Müsbət heç nə yoxdur. Ümumiyyətlə, görüşün heç bir əhəmiyyəti yox idi. Çünki Ermənistan rəhbərliyi birmənalı şəkildə mövqeyini açıqlayıb ki, Dağlıq Qarabağ Ermənistanındır. Bunu Baş Nazir, Xarici İşlər Naziri də deyirsə, bu görüşlərin heç bir mənası yoxdur. Yəni Ermənistan öz mövqeyindən geri çəkilmir. Gələcək görüşlər barədə razılığa gəlsələr də, bunun gələcəkdə Azərbaycan üçün heç bir xeyri yoxdur. Bu, ermənilərin maraqlarına xidmət edir. Nyu-York görüşü ilə bağlı həmsədrlər bəyanat yayıblar. Bu bəyanatda bir neçə məqam diqqəti cəlb edir. Mən erməni mətbuatını izlədim. Onlar yazmışdılar ki, həmsədrlər son bədbəxt hadisə ilə bağlı narahatlıqlarını bildiriblər. Azərbaycan tərəfi bunun tərcüməsini "qaçılmaz hadisə” kimi verib. Bu məsələdə obyektiv münasibət sərgiləmirlərsə, bundan sonra da müsbət nəticələr gözləmək lazım deyil. Yəqin Azərbaycan tərəfi də "bədbəxt hadisə” sözünün düzgün qarşılanmayacağını nəzərə alıb, "qaçılmaz hadisə” kimi verib”.




İmza:Eminquey

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində...

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib

Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

SON XƏBƏRLƏR
2020-05-26
2020-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK