hacklink Adalet.az | ADU-nun rektoru Tərcümə fakültəsinə yeni qəbul olunmuş tələbələrlə görüşüb Adalet.az | ADU-nun rektoru Tərcümə fakültəsinə yeni qəbul olunmuş tələbələrlə görüşüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-nun rektoru Tərcümə fakültəsinə yeni qəbul olunmuş tələbələrlə görüşüb

5844    |   2019-09-26 09:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla 2019-2020-ci tədris ilində universitetin Tərcümə fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüşüb.

ADU-dan Adalet.az-a verilən məlumata görə, görüşdə, prorektorlar, dekanlar, kafedra müdirləri, o cümlədən professor-müəllim heyəti iştirak edib.

Kamal Abdulla görüşlərin tələbələrin qeydlərini, iradlarını, fikirlərini dinləmək məqsədilə təşkil olunduğunu deyib. Rektor bu növ görüşlərin bütün fakültələr üzrə təhsil alan tələbələrlə keçirildiyini və səmərəli nəticələr verdiyini qeyd edib.

Ali təhsil ocağının rəhbəri tələbələr üçün yaradılan şəraitdən, keçirilən tədbirlər, seminarlar, layihələr, təşkil olunan dərnək və klublardan, fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, kitabxanalardan bəhs edib.

Elm və innovasiya məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova tələbələrin müvəffəqiyyətlə daxil olduğu kimi, təhsillərini başa vurmalarını arzulayıb. O, tələbələrə yaxşı mütəxəssis olmaqla yanaşı, dəyərli vətəndaş olmalarını tövsiyə edib.

Rektorun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev tələbəlik illərinin ən yüksək mərhələ olduğunu deyib. O, universitet həyatının gənclərin sonrakı inkişaf dövrünün bünövrəsi olduğunu söyləyib. ADU-nun şərəfli yol keçdiyini deyən Ə.Əliyev universitet məzunlarının ölkənin idarəetmə sistemində yüksək mövqe tutan şəxslər olduğunu söyləyib.

Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov rəhbərlik etdiyi strukturun maddi imkanlarından istifadə edərək tələblərin stimullaşdırılmasının həyata keçiriləcəyini bildirib. O, ADU-da tələbəyönümlü təhsilin mövcudluğundan danışıb, tələbələrin valideyn, dost və müəllim kimi qayğılarına qalacaqlarını bildirib.

Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova və Xarici dillər kafedrasının müdiri dosent Tamilla Əmirova tələbələri təbrik ediblər, növbəti illərdə də yaxşı nəticə göstərəcəklərinə inandıqlarını bildiriblər.

Görüşdə ADU-da yeni yaradılmış Yaradıcılıq fakültəsinin tələbələri də iştirak edib.




İmza:

Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK