Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil ABBAS: POLİSƏ QALDIRILAN ƏLLƏR KƏSİLMƏLİDİR Adalet.az | Aqil ABBAS: POLİSƏ QALDIRILAN ƏLLƏR KƏSİLMƏLİDİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: POLİSƏ QALDIRILAN ƏLLƏR KƏSİLMƏLİDİR

10778    |   2019-09-25 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2018-ci ildə Gəncədə baş verən iğtişaşlar (əslində əvvəlcədən hazırlanmış) zamanı qətlə yetirilən polis zabiti Səməd Abbasovun xanımı Leyla Abbasovanın Möhtərəm Prezident İlham Əliyevə ünvanladığı açıq məktubu ürək ağrısı ilə oxudum. Sözün bitdiyi yerdir. Bu bir məktub deyil, bu bir xanımın, bir ananın fəryadıdır.

Mirşahin «Real» TV-də Gəncədəki iğtişaşlarla bağlı çox ciddi açıqlamalar, çox ciddi faktlar qoydu ortalığa. Mirşahinin açıqlamalarını həm saytımızda oxuya bilərsiniz, həm də bugünki qəzetimizdə.

Mən məsələyə başqa bir tərəfdən yanaşmaq istəyirəm. Azərbaycan polisinin gecəsi-gündüzü yoxdur. Yeganə təşkilatdır ki, günün 24 saatı öz vəzifəsini yerinə yetirir. Ölkədə əmin-amanlığın, sabitliyin qorunması uğrunda şirin canlarından keçməyə həmişə hazırdılar. Və cinayətkarlara qarşı mübarizədə neçə-neçə polis əməkdaşı həyatını itirib ki, bizlər həyatımızı itirməyək.

Necə ki polis zabitləri - Səməd Abbasov və İlqar Balakişiyev öz həyatlarını qurban verdilər.

Məhz polisin fəaliyyətinin nəticəsidir ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında həm cinayətin az olması ilə, həm də cinayətlərin açılma faizinə görə öndə gedir. Ölkədəki sabitliyi məhz Möhtərəm Prezident İlham Əliyevin daxili işlər orqanları qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirən Azərbaycan Polisi yaradıb. Çox təəssüf ki, müəyyən qüvvələr mətbuat və sosial şəbəkələr vasitəsilə polisin nüfuzunu ləkələmək üçün bütün yollara əl atıblar. Və bilmirlər ki, bir gün bu çanaq onların öz başlarında, ailələrinin başlarında çatlaya bilər. Təbii ki, polisdə çalışanların hamısı imam övladı deyillər. Aralarında yerində olmayanlar da var. Əgər Daxili İşlər Nazirliyinin məlumatlarını diqqətlə izləsəniz, belələrinin zaman-zaman orqandan xaric olunduğunu görə bilərsiniz. Yəni üç, beş, on nəfər ləyaqətsiz polisə görə böyük bir təşkilatı ləkələmək düşmən işidi.

Dünyanın bütün ölkələrində polisə əl qaldırmaq ən ağır cinayət sayılır. Polisə əl qaldırmaq dövlətə əl qaldırmaq deməkdi.

Ağdamda Aleko adında bir cinayət axtarış müvəkkili vardı. Düz 40 il daxili işlər orqanlarında çalışdı. Onun qəribə bir sözü vardı: «Mən alnımda, günləri üst-üstə yığanda üç ton dövlət gerbi daşımışam».


İndi polis alnında dövlət gerbi daşıyır, sən o gerbə əl qaldıra bilməzsən. O gerbə qaldırılan əllər kəsilməlidir.

Ona görə də bütün dövlətlərdə polisin qətlə yetirilməsi ən ağır cinayət sayılır və cəzası ölüm hökmüdü. ABŞ-da hər ştatda ölüm hökmü olmasa da, amma polis qətlə yetirilibsə, bu qanun cinayətkara şamil edilmir. Həm də polis həmrəyliyi, polis qardaşlığı var, həmin cinayətkarı heç diri tutmurlar.

Filmlərdə də çox görmüsünüz. Polisi qətlə yetirəni tutmaq istəyirlər, əməliyyatda FBI da iştirak edir və qəti göstəriş verir ki, cinayətkar diri tutulmalıdır. Amma zabit xəlvətcə əməkdaşlarına deyir ki, FBI-nın dediyinə qulaq asmayın, o sizin qardaşınızı öldürüb.

Azərbaycanda ölüm hökmü Ulu Öndər Heydər Əliyev tərəfindən birdəfəlik ləğv olunub. Ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

Polis zabitləri Səməd Abbasovu və İlqar Balakişiyevi qətlə yetirənlər də ömürlük həbs cəzasına məhkum olmalıdırlar.

Yazımı Leyli Abbasovanın Möhtərəm Prezidentə ünvanladığı məktubun son abzasları ilə bitirmək istəyirəm.

«Cənab Prezident!

Bir dövlət başçısı kimi Sizə müraciət edərək ədalət naminə səsimizə səs verməyinizi, Gəncədə qətlə yetirilən polislərin qanının yerdə qalmamasına aman verməməyinizi xahiş edirik!

Səməd Abbasov və İlqar Balakişiyev hər bir zaman asayişin, qanunların keşiyində durmuşlar. Ona görə də hər iki polis zabitinin qatillərinin də qanun çərçivəsində mühakiməsini tələb edirik. Gəncədə meydanda polislərə güzəşt edilmədi! Bu gün də bu cinayətdə əli olanlara heç bir güzəşt edilməməlidir!».



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK