Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev Adalet.az | “Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

30614    |   2019-09-20 17:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycan dünyada sənaye üsulu ilə, həmçinin, dənizdə neft hasil edən ilk ölkədir".

Bu sözləri prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxışında deyib. Dövlət başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirib.

Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində, o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışıb. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyləri xatırladan Prezident İlham Əliyev həmin dövrdə riskli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün Ulu Öndərin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd edib.

"Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan Prezident İlham Əliyev neftdən əldə edilən gəlirləri, ilk növbədə, xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğulayıb.

Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən dövlət başçısı "Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasındakı həlledici rolundan söz açıb.

Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirib. Dövlət başçısı neftçilərə yeni uğurlar arzulayıb.



İmza:

Prezidentin köməkçisi: "Sizi narahat edən problemləri dinləməyə hazırıq" - Video

Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir

21 oktyabr 1987-ci il Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan senarilərinin işə düşməsi

“Radikal müxalifət xarici dairələr tərəfindən idarə olunur” - Əli Əhmədov

"Azərbaycanla bu dildə və tərzdə danışmağa icazə verilə bilməz" - XİN

“SİYASİ ELİTA DAXİLİNDƏ PROSESLƏR GEDİR…” - “Qarabağ danışıqlarını bərpa etmək mümkün deyil”

Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

İran Prezidenti Bakıya gəlir

Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

Sabah Milli Məclisin plenar iclası keçiriləcək

Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik edib

Pakistan prezidenti Azərbaycana gələcək

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK