nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Bərdə sakininin evindən 1 kiloqramdan artıq heroin götürülüb Adalet.az | Bərdə sakininin evindən 1 kiloqramdan artıq heroin götürülüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bərdə sakininin evindən 1 kiloqramdan artıq heroin götürülüb

20568    |   2019-09-20 16:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Akif Məmmədov tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 9,780 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Akif Məmmədovun yaşadığı evdən yüksək təsirdici xassəyə malik ümumi çəkisi 1 kiloqram 100 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Akif Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2020-02-23
2020-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK